Ana səhifə / KTƏ / İnfraqırmızı port və bluetooth haqqında məlumat

İnfraqırmızı port və bluetooth haqqında məlumat

Paylaşmaq!

İnfraqırmızı port və bluetooth haqqında məlumat bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnfraqırmızı port və bluetooth haqqında məlumat

İnfraqırmızı port və bluetooth haqqında məlumat

İnfraqırmızı port və Bluetooth-dan nə üçün istifadə olunur?

Noutbukun digər qurğular ilə əlaqəsini təmin etmək üçün istifadəçi hər iki qurğudan faydalana bilər. Bu məqsədlə noutbukda analoq portu nəzərə alınmışdır. Əksər hallarda qurğulardan (IQ-portu və Bluetooth-portu) mobil telefon və cib kompüterləri ilə əlaqə yaratmaqdan ötrü istifadə edilir.

İnfraqırmızı port və bluetooth haqqında məlumat

Hər iki portun köməyi ilə kompüterlərə musiqilərin və təsvirlərin müxtəlif mənbələrdən ötürülməsi həyata keçirilir. İnformasiyanın noutbuka ötürülməsi üçün noutbuk xüsusi proqramla işləməlidir. Belə proqramaları istifadəçi satış mağazalarından ala bilər və ya İnternetdən endirə bilər. Nəzərə almaq lazımdır ki, hal-hazırda əksər kompüterlərdə istifadə edilən Windows-un yeni versiyasında bu hal nəzərə alınmışdır.

Bluetooth-un noutbuka quraşdırılması

Xarici görkəminə görə Bluetooth portu infraqırmızı portdan az fərqlənir. Hər iki qurğu müasir noutbuklara quraşdırılmışdır.

İnfraqırmızı port və bluetooth haqqında məlumat

İnfraqırmızı port tünd qırmızı şüşə formasindadır. Bluetooth-un noutbuka quraşdırılmasını notbukun gövdəsindəki xüsusi işarə təsdiqləyir.

Beləliklə biz İnfraqırmızı port və bluetooth haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir