Ana səhifə / KTƏ / Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Paylaşmaq!

Kompüterin söndürülməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi zamanı nə etməli?

Kompüteri gecə-gündüz işlətmək, yoxsa onu iş gününün sonunda söndürmək üstündə “dalaşanlar” iki düşərgəyə bölünüb. Hər iki tərəfin ciddi tutarqaları var, buna görə də onların hansına üstünlük verilməsi hələ ki mümkün deyil (yalnız bir şey dəqiq bəllidir. İşi yarım saatdan artıq dayandırmalı olacaqsınızsa, monitoru söndürmək gərəkdir).

Ancaq, siz kompüteri söndürməyi qət etmisinizsə, sistem blokundakı Power düyməsini basmağa tələsməyin. Təəssüf ki, kompüterin söndürülməsi təkcə sistem blokundakı bir düymənin basılmasmdan ibarət deyil. Öncə bir neçə komanda ilə tanış olaq.

Sistemdən çıxış (Log Off; Выход из системы)

Bu komanda nə kompüteri söndürür, nə də sizi Windowsdan çıxarır, ancaq o, çoxistifadəçi şəbəkəsində iş zamanı çox önəmlidir.Kompüterin söndürülməsiBu komandanı seçdikdə istifadəçinin tanıdılması (onun adının və parolunun daxil edilməsi) pəncərəsi yenidən ekrana gəlir.

Kompüterin söndürülməsi (Turn Off Computer; Завершения работы)

Adından göründüyü kimi, bu, kompüterdə işin tam başa çatdırılması deməkdir.Kompüterin söndürülməsiYadda saxlanılmamış fayllar varsa, Windows öncə onların saxlanması üçün sizə müraciət edəcək.

Yenidən yüklənmə (Restart; Перезагрузка)

Bu komandanın təsiri sistem blokundakı RESET düyməsinin basılmasında olduğu kimidir.Kompüterin söndürülməsiKompüter əvvəl sönür, sonra təzədən yanaraq yüklənməyə başlayır.

Kompüterin söndürülməsi ardıcıllığı necədir?

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir, yoxsa növbəti yandırılma zamanı proqram məlumat verəcək ki, siz nəyisə düzgün etməmisiniz. Sadəcə, Power düyməsini basmaq heç də yaxşı iş deyil. Öncə aşağıdakıları edin:

Start (Пуск) düyməsini çıqqıldadın.

Start (Пуск)  menyusunun aşağı hissəsindəki Turn Off (Завершение работы) düyməsini çıqqıldadın.

Saxlanmamış sənədlər və fayllar varsa, Windows dəyişikliklərin saxlanmasını təklif edəcək.Kompüterin söndürülməsiSistem blokundan sonra əl ilə monitoru, printeri və yerdə qalan qurğuları söndürün. Şəbəkə süzgəcindən istifadə edirsinizsə, onun düyməsini basmaqla qurğuların hamısını birdən söndürün. Kəsilməz qida mənbəyini söndürmək lazım deyil, çünki batareyalar daim yüklənməlidir.

Windows bütün açıq proqramları özü qapatsa da bəzi proqramlar onların “əl ilə” qapadılmasını istəyir.

Kompüter sönən kimi təzədən yüklənməyə başlayırsa, kompüteri aldığınız yerə müraciət edin.

Kompüteri söndürüb təzədən yandırmaq istəyirsinizsə, 10-20 saniyə gözləməyiniz məsləhətdir. Bu müddət kompüterin sərt disklərinin tam dayanması üçün gərəklidir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Kompüterin işə başladılması

Kompüterin işə başladılması

Bütün qurğuları şəbəkə süzgəcinə, yaxud UPS-ə qoşduqdan sonra onları açın (yandırın, ON). Hər şey normal olduqda sistemin işləməsinin əlamətləri görünəcək