Ana səhifə / KTƏ / Sərt disk nədir?

Sərt disk nədir?

Paylaşmaq!

Sərt disk bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sərt disk nədir?

Sərt diskSərt disklər və ya vinçesterlər (ing. Hard (Magnetic) Disk Drive, HDD, HMDD) – xarici yaddaş qurğusu- kompüterlə iş zamanı istifadə olunan informasiyanın(əməliyyat sisteminin, proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur.Sərt disk

Nəyə görə Sərt diskə «Vinçester» deyirlər?

Daşıyıcını versiyalardan birinə görə IBM firmasında çalışan, layihə rəhbəri Kennet Hoton (ing. Kenneth E. Haughton) «Vinçester» (ing. Winchester) adlandırıb. 1973-cü ildə ilk dəfə olaraq bütöv korpusda disk lövhələrini və maqnit başlıqlarını birləşdirən modeli 3340 olan sərt disk istehsal olunub. Diskin hazırlanması zamanı mühəndislər «30-30» ifadəsindən istifadə ediblər. Bu da hər biri 30 MB olan 2 modul (maksimal tərtibat üzrə) demək idi. «30-30» isə səslənməyə görə «30 WCF» tüfəng patronu istifadə edən məşhur ov tüfəngi — «Winchester Model 1894»-ün adı ilə həmahəng səslənirdi.Sərt disk nədir?

İlk sərt disk neçənci ildə və hansı şirkət tərəfindən yaradılmışdır?

IBM şirkəti 1956-ci il sentyabr ayının 13-də ilk sərt diski (IBM 305) təqdim edib. 1 tona (971 kq) yaxın çəkisi olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı. Perfokart və maqnit lentlərinin istifadə olunduğu bir dövrdə 5 milyon simvolu (5 MB) yaddaşda saxlayan sərt diskin yaradılması çox böyük nailiyyət idi. Sərt disk RAMAC (Random Access Method of Accounting and Control) adlanırdı və IBM-in San-Xose şəhərindəki laboratoriyasında hazırlanmışdı. Qiyməti 50 min dollar idi. 1 mbaytın qiyməti 10 min dollara bərabər idi. Sərt disk 35 min dollara (o dövrdə bu qiymət 17 minik avtomobilinin qiymətinə bərabər idi!) icarəyə verilirdi.Sərt disk nədir?

Sərt disklərin əsas komponentləri nədir?

Tipik sərt disklərin əsas komponentləri aşağıdakılardır: 1.Disk lövhələri; 2.Oxuma/yazma başlıqları; 3.Başlıqların mövqeyini dəyişən mexanizm; 4.Şpindel mühərriki; 5.Elektron lövhə; 6.Kabel və konnektorlar; 7.Konfiqurasiya elementləri Sərt disk nədir?Beləliklə biz Sərt disk mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

 

Həmçinin baxın

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Dünyada çoxlu adda müxtəlif konfiqurasiyalı minikompüterlər istehsal olunur. Onlar müxtəlif istehsalçılar tərəfindən satışa buraxılır, müxtəlif detallardan yığılır və müxtəlif proqramlarla işləyirlər. Bu halda çox vacib məsələ müxtəlif kompüterlərin öz aralarında uyuşqan olmasıdır.

Добавить комментарий