Ana səhifə / İlk Yardım Modulu / Qanaxmalar zamanı ilk yardım

Qanaxmalar zamanı ilk yardım

Paylaşmaq!

Qanaxmalar zamanı ilk yardım bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qanaxmalar zamanı ilk yardım

Qanaxmalar zamanı ilk yardım

Güclü qanaxma zamanı əsas təhlükə nədir?

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir.

Qanaxmalar zamanı ilk yardımBu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu halda huşun itirilməsi baş verə bilər. Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır.

Hansı növ qanaxmalara rast gəlinir?

Qanaxmalar 3 cür olur: Kapilyar qanaxmalar, Venoz qanaxmalar, Arterial qanaxmalar. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir.

Arterial qanaxmanı saxlamaq üçün hansı tədbirlər görülməlidir?

Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır.Qanaxmalar zamanı ilk yardımƏl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir.Qanaxmalar zamanı ilk yardım Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …