Ana səhifə / İlk Yardım Modulu / Suda boğulma zamanı ilk yardım

Suda boğulma zamanı ilk yardım

Paylaşmaq!

Suda boğulma zamanı ilk yardım bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Suda boğulma zamanı ilk yardım

Suda boğulma zamanı ilk yardım

Hansı ilk yardım suda boğulma zamanı dərhal görülməlidir?

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.Suda boğulma zamanı ilk yardımBatan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.

Suda boğulma zamanı ilk yardım üçün hansı işləri görmək həyat xilas edə bilər?

  • Dərhal “təcili yardım” çağırmaq;
  • Tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;
  • Cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;
  • Sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;
  • Əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;

Suda boğulma zamanı ilk yardım

  • Zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın;
  • Əgər zərərçəkən nəfəs almırsa, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …