Ana səhifə / İlk Yardım Modulu / İlk yardımın mahiyyəti və məqsədi

İlk yardımın mahiyyəti və məqsədi

Paylaşmaq!

İlk yardımın mahiyyəti və məqsədi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İlk yardımın mahiyyəti və məqsədi

İlk yardımın mahiyyəti və məqsədi

İlk yardım nədir?

İlk yardımın mahiyyəti və məqsədiİlk yardım — hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicədir.

İlk yardımın əhəmiyyəti nədən ibarətdir?

İlk yardımın mahiyyəti və məqsədi

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir.

İlk yardımın məqsədi nədir?

İlk yardımın mahiyyəti və məqsədi

  1. Həyati təhlükəni ortadan qaldırmaq.
  2. Həyati funksiyaların davam etdirilməsini təmin etmək.
  3. Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək.
  4. Yaxşılaşmanı asanlaşdırmaq.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …