Ana səhifə / İlk Yardım Modulu / İlk yardım nə deməkdir?

İlk yardım nə deməkdir?

Paylaşmaq!

İlk yardım nə deməkdir? bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İlk yardım nə deməkdir?

İlk yardım nə deməkdir?İlk tibbi yardımın göstərilməsi məsələsini araşdıran Beynəlxalq ekspert komissiyası ilk yardım dedikdə, təsadüfi şahid tərəfindən (və ya zərərçəkənlə) minimal tibbi ləvazimatlarla və ya onsuz (əl altında olan vasitələrlə), vəziyyəti qiymətləndirdikdən sonra göstərilən yardımı nəzərdə tutur. İlk yardım nə deməkdir?

“İlk yardım” termini haqqında hansı fikirlər mövcuddur?

“İlk yardım” termini beynəlxalq termindir, əksər ölkələrdə istifadə olunur. Son vaxtlara qədər “ilk yardım” “ilk tibbi yardım” terminləri yanaşı işlədilirdi. Hal-hazırda ilk tibbi yardım termini rəsmən istifadə olunmur və köhnəlmiş hesab olunur.İlk yardım nə deməkdir?Terminoloji problemləri rəsmən aradan qaldırmaq üçün “ilk tibbi yardım” termini tədricən rəsmi sənədlərdən çıxarılmalıdır.

İlk yardımı hansı şəxslər göstərə bilər?

İlk yardım, tibbi yardım hesab olunmur və zərərçəkənə tibbi yardıma qədər göstərilir (xüsusi tibbi alətlərdən, avadanlıqlardan, dərmanlardan və tibbi manipulyasiyalardan istifadə etmədən).İlk yardım nə deməkdir?Tibbi yardımdan fərqli olaraq, ilk yardımı istənilən şəxs göstərə bilər. Tibb işçiləri isə ilk yardımı Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş həcmdə göstərməyi bir vəzifə borcu olaraq bacarmalıdırlar.

Hansı kateqoriyaya məxsus şəxslər üçün ilk yardımın göstərilməsi vəzifə borcu hesab olunur?

  • Fövqəladə Hallar Nazirliyinin
  • Dövlət Yanğından Mühafizə Xidmətinin
  • Xüsusi Riskli Xilasetmə Xidmətinin
  • Daxili İşlər Nazirliyinin
  • Dövlət Yol Polisinin və s. qurumların əməkdaşları,
  • Hərbiçilər,
  • Əməyin mühafizəsi mütəxəssisləri,
  • Tibb işçiləri,
  • Hadisənin şahidləri,
  • Nəqliyyat vasitələrinin sürücüləri və sairə şəxslərdir.

Hadisənin şahidi hadisə yerində nə edəcəyini bilmədikdə və ya zərərçəkənə (xəstəyə) lazımi yardım göstərmək iqtidarında olmadıqda, o, kömək çağırmalı və sonra təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Bunun üçün təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 103 nömrəli telefon nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə (tel.: 112 qaynar xətt) məsləhət və kömək üçün müraciət etməlidir. Belə müraciət ilk yardımın tərkib hissəsidir.İlk yardım nə deməkdir?Zərərçəkənə (xəstəyə) yardım göstərmədikdə və ya onu təhlükəli vəziyyətdə qoyduqda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi müvafiq məsuliyyət nəzərdə tutur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …