Ana səhifə / Microsoft Access / Əməliyyat sorğusu haqqında

Əməliyyat sorğusu haqqında

Paylaşmaq!

Əməliyyat sorğusu haqqında

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Sizləri Əməliyyat sorğusu adlanan video dərslikdə salamlayıram.

Əməliyyat sorğusu haqqında

Sorğudan bir qrup yazının əlavə edilməsi, silinməsi və təzələnməsi məqsədi ilə istifadə oluna bilər. Belə sorğu Əməliyyat sorğusu adlanır. Fərz edək ki, ingilis dili kurslarında tədris müddəti 1 ay artırılır. Belə olan haldaƏməliyyat sorğusu haqqında Qruplar cədvəlində ingilis dili qruplarına aid yazılarda Tarix 2 sahəsinin qiymətlərini bir ay (30 gün) artırmaq lazımdır. Əməliyyat sorğusu bu məsələnin öhtəsindən asanlıqla gəlir.
Bazanın əsas pəncərəsində Cədvəllər (Tables) düyməsini sıxın. Təzələnməli olan Qruplar cədvəlini seçin. Yeni obyekt düyməsinin açılan siyahısından Sorğu (Query) sətrini seçin. Yeni sorğu (New Query) pəncərəsi açılır. Bu pəncərəni açmaq üçün bazanın əsas pəncərəsinin Yeni (New) düyməsindən də istifadə etmək olardı. Əməliyyat sorğusu haqqındaİki dəfə Konstruktor (Design View) sətrinin üzərində mausun düyməsini sıxın. Seçdiyimiz Qruplar cədvəli sorğu konstruktorunun pəncərəsinə gətiriləcək. Təzələnməli Tarix 2 sahəsini və Kurs sahəsini sorğunun aşağı hissəsinə gətirin. Sorğu növü düyməsinin açılan siyahısından Təzələmə (Update Query) sətrini seçin. Növündən asılı olaraq Sorğunun aşağı hissəsi dəyişir və yeni Təzələmə (Update To) sahəsi yaranır. Burada Tarix 2 sahəsinin yeni qiymətini yazmaq lazımdır. Tarixi bir ay artırmaq üçün [Tarix 2]+30 yazın. Kvadrat mötərizədə yazılmış sahənin adı həmən sahənin qiymətini göstərir. Başqa bir cədvəlin istənilənƏməliyyat sorğusu haqqında sahəsinə istinad etmək uçun əvvəl kvadrat mötərizədə cədvəlin adı nida işarəsindən sonra isə yenədə kvadrat mötərizədə sahənin adı yazılır. Məsələn, [Kadrlar]! [Soyadı]. Yalnız İngilis dili kurslarına aid olan Tarix 2 sahələrini dəyişdirmək üçün, Seçmə şərti (Criteria) xanasına «Eng» yazın. Sorğunu bağlayın, ona Təzələnmə adı verin. Bazanın əsas pəncərəsində Sorğular(Queries) düyməsini sıxın. Təzələnmə işarəsinin üzərində mausun düyməsini iki dəfə sıxın və Access- in sorğunun yerinə yetirilməsi haqqında sualına Hə (Yes) cavabı verin. Access dəyişiləcək yazıların, yəni qoyulmuş şərtlərə cəvəb verən yazıların miqdarı haqqında məlumat verir və təzələnmənin həqiqətən zəruri olduğunu təsdiq etməyinizi xahiş edir. Hə (Yes) cavabı verin. Əməliyyat sorğuları bir neçə əlaqəli cədvəllərdə verilənləri dəyişdirə bilər. Ona görə bu sorğulardan ehtiyatla istifadə edilməlidir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Добавить комментарий