Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 proqramında vizit kartın növləri

Publisher 2003 proqramında vizit kartın növləri

Paylaşmaq!

Publisher 2003 proqramında vizit kartın növləri

Publisher 2003 proqramında vizit kartın növləri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş doqquzuncu elektron dərsliyimdə salamlayıram.

Hər hansı bir insan və ya təşkilatla əlaqə saxlamaq üçün məlumatlardan ibarət olan vizit kartları kağızdan, kartondan, yaxud plastikdən hazırlanır.

Publisher 2003 proqramında vizit kartın növləri

Vizit kartların ölçüləri kişilər üçün 5*9 sm, qadınlar üçün isə 4*8 sm olur.Publisher 2003 proqramında vizit kartın növləri Vizit kartında onun sahibinin soyadı , adı, atasının adı, iş yeri və əlaqə saxlamaq üçün məlumatları (ünvanı, telefon nömrələri ,elektron poçt ünvanı ) olur.
Vizit kartları şərti olaraq üç yerə ayırmaq olar.
Şəxsi vizit kartı fərdi olur və cox zaman qeyri – formal ünsiyyət zamanı istifadə olunur. Şəxsi vizit kartı onun sahibinin arzusu əsasında fərdi maket üzrə hazırlanır.Publisher 2003 proqramında vizit kartın növləri Rəsmi vizit kart işgüzar münasibətlərdə olan tərəfdaşların , yaxud potensial müştərilərin əlaqə yarada bilməsi üçün lazımdır. Belə kartlarda soyad , ad , ata adı , iş yeri ,vəzifə və əlaqə saxlamaq üçün məlumatlar göstərilir. Rəsmi vizit kartlarında loqotip və şirkətin simasını müəyyənləşdirən digər elementlər də ola bilər.Publisher 2003 proqramında vizit kartın növləri Korporativ vizit kartında fərd haqqında məlumat olmur. Bu növ kartda şirkətin fəaliyyəti və onunla əlaqə haqqında yetərli məlumat , eləcədə reklam xarakterli informasiya olur.Publisher 2003 proqramında vizit kartın növləri Vizit kartından necə istifadə etməli? Beynəlxalq təcrübədə vizit kartlarından çox zaman ölkənin hökumət, diplomatik və ictimai dairələri ilə əlaqələrin qurulması və saxlanması üçün istifadə olunur. Lakin vizit kartından, onun sahibinin qiyabi təqdim olunması məqsədilə də istifadə oluna bilər. Hər hansı əlamətdar hadisəni — milli, yaxud başqa bayramları, ad günlərini, vəzifədə yüksəlməni təbrik edərkən hədiyyəyə vizit kartlarını da əlavə etmək olar

Beləliklə biz Publisher 2003 proqramında vizit kartın növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher proqramında dəvətnamələrin yaradılması

New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print- Публикация для печати-Çap üçün nəşrlər növünü, sonra isə Открытки-Dəvətnamələr növünü seçin.

Добавить комментарий