Ana səhifə / Ofis proqramları modulu / Problemyönlü Tətbiqi proqram paketləri

Problemyönlü Tətbiqi proqram paketləri

Paylaşmaq!

Problemyönlü Tətbiqi proqram paketləri bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Problemyönlü Tətbiqi proqram paketləri

Problemyönlü Tətbiqi proqram paketləri

Problemyönlü Tətbiqi proqram paketləri nəyə deyilir?

Tətbiqi proqram paketlərinin çox geniş yayılmış sinfi problemyönlü tətbiqi proqram paketləridir. Praktiki olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir tətbiqi proqram paketi olmasın. Problemyönlü tətbiq proqram paketləri elə proqram məhsuluna deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur.

Problemyönlü Tətbiqi proqram paketləri harada tətbiq olunur?

Problemyönlü Tətbiqi proqram paketləri

Problemyönlü tətbiqi proqram paketləri sənaye, qeyri sənaye və xüsusi sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir.

Sənaye sahələri üçün problemyönlü Tətbiqi Proqram Paketləri hansı xüsusiyyətlərə malikdir?

Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, həmçinin iş planın yerinə yetirilməsinə nəzarət, texnoloji kartanın tərtibi, maliyyə və əmək ehtiyatlarının idarə olunmasına, bir sıra “qeyri-istehsal” funksiyalarını – servis xidməti, hazır məhsulun və marketinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.

İkincisi, onlar kliyent – server arxitekturası, çoxməsələli, çoxistifadəçi əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və CASE— texnologiyasından geniş istifadə olunur.

Üçüncüsü, müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar.

Qeyri – istehsal sahələri üçün problemyönlü TPP – lər hansı xüsusiyyətlərə malikdir?

Qeyri – istehsal sahələri üçün problemyönlü TPP – ləri bank, birja, ticarət və s. təşkilatların fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri üçün Tətbiqi Proqram Paketlərində olduğu kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır. Qeyri – istehsal sahələri üçün Tətbiqi Proqram Paketlərinə bank, maliyyə və hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.

Müasir mühasibat uçotunun Tətbiqi Proqram Paketləri haqqında

Müasir mühasibat uçotunun Tətbiqi Proqram Paketlərinin əksəriyyəti Windows əməliyyat sistemi mühitində işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. 1CMicrosoft firmalarının məhsullarından təşkil olunmuş “Ofis” mühasibat uçotu Tətbiqi Proqram Paketləri yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın bütün işinin “elektron ofis” şəklində təşkilinə də imkan verir.

MaliyyəHüquq sisteminin Tətbiqi Proqram Paketləri haqqında

Maliyyə menecmentinin Tətbiqi Proqram Paketi firmanın fəaliyyətinin analizinin və planlaşdırılmasının maliyyəsi ilə əlaqədar olaraq yaranıb. Hüquq sisteminin Tətbiqi Proqram Paketləri böyük həcmli qanunlarla səmərəli işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri var.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.