Ana səhifə / Ofis proqramları modulu / Tətbiqi proqram təminatının təsnifatı

Tətbiqi proqram təminatının təsnifatı

Paylaşmaq!

Tətbiqi proqram təminatının təsnifatı bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Tətbiqi proqram təminatının təsnifatı

Tətbiqi proqram təminatının təsnifatı

Sizcə proqram dedikdə nə başa düşülür?

Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı, ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada klavişin basılmasına, siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana görüntünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kompüterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.

Tətbiqi proqram təminatı hansı məqsəd üçün yaradılmışdır?

Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır. Tətbiqi proqram təminatı sistem proqram təminatının, xüsusilə əməliyyat sisteminin idarəsi altında işləyir.

Tətbiqi proqram təminatının hansı növləri  vardır?

  • ümumi təyinatlı (universal)
  • üsülyönlü;
  • problemyönlü;
  • Qlobal kompüter şəbəkələri;
  • Hesablama prosesinin təşkili;

Beləliklə biz Tətbiqi proqram təminatının təsnifatı mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.