Ana səhifə / STQ modulu / Texniki təhlükəsizlik tələbləri

Texniki təhlükəsizlik tələbləri

Paylaşmaq!

Texniki təhlükəsizlik tələbləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Texniki təhlükəsizlik tələbləri

Texniki təhlükəsizlik tələbləri

Əməyin mühafizəsi üzrə işəgötürən tərəfindən əmələ edilən tələblər hansılardır?

  • Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməlidir;
  • Binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməlidir;
  • Bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmalıdır;
  • İşçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi – profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir;

Texniki təhlükəsizlik tələbləri

  • Normal əmək və istirahət rejiminə riayət edilməlidir;
  • İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməlidir;
  • İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi təmin edilməlidir;
  • Kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilməlidir;
  • Əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında əmək və əhalinin sosial müdafiəsi nazirliyinə statistik hesabatlar verilməlidir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …