Ana səhifə / ŞÜİOR / Miqyasına görə kompüter şəbəkələrinin növləri

Miqyasına görə kompüter şəbəkələrinin növləri

Paylaşmaq!

Miqyasına görə kompüter şəbəkələrinin növləri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Miqyasına görə kompüter şəbəkələrinin növləri

Miqyasına görə kompüter şəbəkələrinin növləri

Kompüter şəbəkələrinin bir neçə növü mövcuddur ki, onları da müxtəlif cür təsnif etmək olar. Miqyasına, yəni bəndlər arasındakı məsafəyə görə: yerli (lokal), regional və genişmiqyaslı (qlobal) Lokal şəbəkə bir-biri ilə birləşdirilmiş və adətən, bir qurum və ya bir bina çərçivəsində yerləşmiş kompüterlər qrupudur. Regional şəbəkə bir rayon, şəhər və ya bölgə çərçivəsindəki çoxlu sayda lokal şəbəkələrin birləşdirilməsindən əmələ gələn şəbəkədir. Qlobal şəbəkə müxtəlif şəhər, bölgə və ölkələrin kompüterlərini birləşdirən şəbəkədir.

Qlobal, regionallokal şəbəkələrin birləşməsi çoxsəviyyəli iyerarxiya yaratmağa imkan verir. Lokal şəbəkələr hansısa regional şəbəkəyə daxil ola bilər; regional şəbəkələr qlobal şəbəkədə birləşə bilər; nəhayət, qlobal şəbəkələrin özləri daha böyük strukturlar təşkil edə bilər. Hazırda dünyada kompüter şəbəkələrinin ən nəhəng birləşməsi «şəbəkələr şəbəkəsi» olan İnternetdir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …