Ana səhifə / ŞÜİOR / Obyektlərə birgə istifadə hüququnun verilməsi

Obyektlərə birgə istifadə hüququnun verilməsi

Paylaşmaq!

Obyektlərə birgə istifadə hüququnun verilməsi bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Obyektlərə birgə istifadə hüququnun verilməsi

Qovluqları ya faylları üçün birgə istifadəyə açırlar?

Kompüter şəbəkələrinin yaradılmasında əsas məqsəd şəbəkənin bir bəndində olan resurslardan onun qalan iştirakçıları üçün istifadə imkanı verməkdir. Şəbəkədəki istifadəçilərin kompüterinizdəki hər hansı qovluğa girə bilməsini istəyirsinizsə, onu birgə istifadəyə açıq etməlisiniz.

Kompüterdəki qovluqlara fayllara birgə istifadə hüququnun verilməsi üçün hansı addımlar yerinə yetirilməlidir?

Addım 1. Sharing (Paylaşım)

Siçanın göstəricisini birgə istifadəyə açacağınız qovluğun üzərinə aparın və onun sağ düyməsini çıqqıldadın. Açılan qısayol menyusundan Properties (Özəlliklər) bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq. Sharing (Paylaşım) səhifəsinə keçin.Obyektlərə birgə istifadə hüququnun verilməsi

Addım 2. Advanced Sharing (Geniş paylaşım)

Advanced Sharing (Geniş paylaşım) düyməsini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.Obyektlərə birgə istifadə hüququnun verilməsi

Addım 3. Share this folder (Bu qovluğu birgə istifadəyə )

Share this folder (Bu qovluğu birgə istifadəyə ) yoxlama sahəsini qeyd edin, sonra isə Permissions (İcazələr) düyməsini çıqqıldadın. Bu qovluq üçün lazım bildiyiniz icazələri qeyd edin. Əgər başqa istifadəçilərə bu qovluğa yalnız oxumaq icazəsi vermək istəyirsinizsə, heç nəyi dəyişməyin və OK düyməsini çıqqıldadın. Əgər qovluğun adını ümumi istifadə üçün dəyişmək istəyirsinizsə, Share name (Ümumi istifadə adı) sahəsində istədiyiniz adı göstərin.Obyektlərə birgə istifadə hüququnun verilməsi

Addım 4. Advanced Sharing pəncərəsi

Advanced Sharing pəncərəsində öncə Apply (Tətbiq et) düyməsini çıqqıldadıb dəyişiklikləri yadda saxlayın, sonra isə OK düyməsini çıqqıldadıb dialoq pəncərəsini qapadın. İndi bu qovluq şəbəkənin bütün istifadəçilərinə açıq olacaq.Obyektlərə birgə istifadə hüququnun verilməsi

Beləliklə biz Obyektlərə birgə istifadə hüququnun verilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Şəbəkə topologiyaları haqqında məlumat

Şəbəkə topologiyaları haqqında məlumat

Şəbəkə sadəcə cihazların bir-birilə əlaqə qurması və müəyyən edilmiş məlumatların paylaşılması deməkdir. Bunlar kompüterlər (PC), Serverlər, routerlər və s. ola bilər. Ən böyük şəbəkəyə İnterneti, ən kiçik şəbəkəyə isə iki kompüterin bir-birinə bağlanmasını nümunə göstərə bilərik.

Добавить комментарий