Ana səhifə / Tətbiqi Proqramlar / Иллюстрации və Ссылки alətlər qrupu

Иллюстрации və Ссылки alətlər qrupu

Paylaşmaq!

Иллюстрации və Ссылки alətlər qrupu bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Иллюстрации və Ссылки alətlər qrupu

Иллюстрации və Ссылки alətlər qrupu

Иллюстрации alətlər qrupu hansı lentin üzərində yerləşir?

Bildiyimiz kimi Microsoft Word 2016 proqramında Вставка-Əlavə et adlanan lent mövcuddur. Həmin lentin Иллюстрации- Şəkillər adlanan əmrlər qrupu vardır.

Иллюстрации və Ссылки alətlər qrupu

İnsert (Вставка) lentində hansı alətlər qrupu sənədə şəkilləri yerləşdirməyə imkan verir?

Şəkillərin Microsoft Word 2016 proqramında sənədə yerləşdirilməsi ilə tanış olaq. Bildiyimiz kimi Microsoft Word 2016 proqramında Вставка-Əlavə et adlanan səhifə mövcuddur. Həmin səhifənin Иллюстрации-Şəkillər adlanan əmrlər qrupu vardır.

Иллюстрации və Ссылки alətlər qrupu

Həmin qrupda birinci düymə Рисунок-Şəkil adlanır. Onun üzərinə bir dəfə klik olunduqda Вставка рисунка adlanan pəncərə açılır. Həmin pəncərədə şaəkillərimizin toplandığı qovluğu tapmalıyıq. Belə ki, bizim nümunəmizdə bu əməliyyat sisteminin özü tərəfindən yaradılan Изображения qovluğu olacaq. Bizə lazım olan şəkillərdən istənilən birini seçirik. Sonra isə Вставка рисунка adlanan pəncərədə olan Вставить-Yerləşdirmək düyməsini sıxırıq. Gördüyümüz kimi şəklimizi sənədimizə yerləşdirildi.

Иллюстрации və Ссылки alətlər qrupu

Sənədə İnternetdən təsviri necə yerləşdirmək olar?

Bu düymənin köməyi ilə internetdə axtarış edib tapmaqla təqdimata şəkillər yerləşdirmək olar. Axtarış sistemi kimi Bing axtarış sistemindən istifadə olunur.

Иллюстрации və Ссылки alətlər qrupu

Fiqurların çəkilməsi üçün nə edirlər?

Bunun üçün Вставка (İnsert) lentinə daxil olub Shapes (Фигуры) menyusundan istənilən fiqur seçilir. Siçanın sol düyməsi sıxılaraq fiqur sənədə əlavə olunur.

Иллюстрации və Ссылки alətlər qrupu

SmarArt obyektlər nə üçün istifadə olunur?

Məlumatın vizual təsvir olunması üçün SmartArt obyektlərdən istifadə olunur. SmartArt obyektlər sadə qrafik siyahılardan eləcədə  mürəkkəb prosesləri təsvir etmək üçün təşkilati və Venn diaqramlarından ibarət ola bilər.

Иллюстрации və Ссылки alətlər qrupu

SmartArt obyektləri sənədə yerləşdirmək üçün hansı lentin imkanlarından istifadə olunur?

Sənədə SmartArt obyektlərin yerləşdirilməsi üçün  Word 2016 proqramında İnsert (Вставка) lentinin imkanlarından istifadə olunur.

Иллюстрации və Ссылки alətlər qrupu

SmartArt obyektləri sənədə yerləşdirmək üçün hansı ardıcıllığa əməl olunmalıdır?

Bunun üçün İnsert (Вставка) lentində olan SmartArt qrafik elementi üzərində bir dəfə vurun.

Иллюстрации və Ссылки alətlər qrupu

Açılan SmartArt təsvirinin seçilməsi pəncərəsində təqdimata SmartArt təsvirinin yerləşdirilməsi üçün siyahılar verilir. Siyahıdan mövzuya uyğun istənilən variantı seçin.

Diaqramları yaratmaq üçün nə edirlər?

Иллюстрации və Ссылки alətlər qrupu

Bunun üçün İnsert (Вставка) lentində olan Вставить диаграмму düyməsi sıxılır. Açılan pəncərədə diaqramın tipi seçilir və Ok düyməsi sıxılır. Beləliklə diaqram sənədə əlavə olunur.

Diaqramların formatlanması üçün nə edirlər?

Diaqramların formatlanması üçün Konstruktor (Конструктор) lentində olan Diaqramların tərtibatı (Стили диаграмм) alətlər qrupunun düymələrindən istifadə etmək olar.

Şkrinşotun yaradılması üçün nə edirlər?

Иллюстрации və Ссылки alətlər qrupu

Bunun üçün İnsert (Вставка) lentində olan Снимок düyməsi sıxılır. Əgər kompüterdə aktiv proqram pəncərəsi varsa, o zaman menyuda həmin pəncərələrin miniatur təsvirləri görünür.

Hiperəlaqənin sənədə yerləşdirilməsi üçün nə edirlər?

Microsoft Word 2016 proqramında da hiperəlaqənin sənədə yerləşdirilməsi üçün bir neçə üsul və vasitələr mövcuddur. Yeni öyrənən istifadəçilərə məlumat verirəm ki, hiperəlaqə düyməsi Word-ün digər versiyalarında olduğu kimi Microsoft Word 2016 proqramında da Вставка-Əlavə et lentində yerləşdirilib.

Иллюстрации və Ссылки alətlər qrupu

Hiperəlaqənin sənədə yerləşdirilməsi üçün istifadəçi əvvəlcə Microsoft Word 2016 proqramında da Вставка-Əlavə et lentinə müraciət etməli. Həmin lentin Ссылки-Keçidlər alətlər qrupunda mövcud olan Гиперссылка-Hiperəlaqə düyməsinə klik etməlidir. Açılan Вставка Гиперссылки pəncərəsinin Адрес-Ünvan sahəsində internet resursunun ünvanını daxil edib Ok düyməsini sıxırıq.

Иллюстрации və Ссылки alətlər qrupu

Əlfəcənin sənədə yerləşdirilməsi hansı əməliyyat icra olunur?

Əlfəcəni mətnə yerləşdirmək üçün əvvəlcə Microsoft Word 2016 proqramında da Вставка-Əlavə et lentinə müraciət etməli. Həmin lentin Ссылки-Keçidlər alətlər qrupunda mövcud olan Закладка-Bookmark-Əlfəcə düyməsinə klik etməlidir.

Иллюстрации və Ссылки alətlər qrupu

Имя закладка yəni əlfəcənin adı sahəsinə əlfəcənin adını yazırıq. Məsələn: z1 Sonra Добавить düyməsini sıxın. Beləliklə mətnə əlfəcə yerləşdi.

Иллюстрации və Ссылки alətlər qrupu

Çarpaz istinadların əhəmiyyəti nədir?

Sənədin başqa bir hissəsinə keçid yaratmaq üçün çapraz istinaddan istifadə edilə bilər. Məsələn, sənədin başqa bir yerində olan diaqrama və ya şəkilə keçid vermək üçün çarpaz istinaddan istifadə edə bilərsiniz. Çapraz istinad istifadəçinin hədəf elementinə keçməsinə imkan verən bir əlaqə şəklindədir.

Иллюстрации və Ссылки alətlər qrupu

Çarpaz istinad necə yaradılır?

Əvvəlcə keçidin göstərməli olduğu elementi yaradın. Mövcud olmayan bir obyektə qarşılıqlı istinad verilə bilməz. Buna görə əvvəl hər hansı bir diaqramın, başlığın, səhifə nömrəsi və ya digər elementin olduğuna əmin olmaq lazımdır. Çapraz istinad daxil etmək üçün informasiya qutusunda bütün elementlər siyahı şəklində verilir. Aşağıdakı şəkildə bir nümunə göstərilir.

Иллюстрации və Ссылки alətlər qrupu

Beləliklə biz Иллюстрации və Ссылки alətlər qrupu mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

ПАРАМЕТРЫ СТРАНИЦЫ alətlər qrupu

ПАРАМЕТРЫ СТРАНИЦЫ alətlər qrupu

Məlumdur ki, Microsoft Word 2016 proqramı səhifə parametrləri ilə işləmək üçün proqramın interfeysinə Макет-Maket adlanan lent bərkidilib. Макет-Maket adlanan vərəqdə bir sıra funksiyalar vardır ki, həmin düymələrin köməyi ilə səhifənin parametrlərini dəyişmək olar.