Ana səhifə / Tətbiqi Proqramlar / Word 2016 mübadilə buferi alətlər qrupu

Word 2016 mübadilə buferi alətlər qrupu

Paylaşmaq!

Word 2016 mübadilə buferi alətlər qrupu bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Word 2016 mübadilə buferi alətlər qrupu

Word 2016 mübadilə buferi alətlər qrupu

Буфер обмена-Mübadilə buferi paneli harada yerləşir?

Bu panel Главная lenti üzərinə bərkidilmiş Буфер обмена-Mübadilə buferi panelidir. Bu panelin ekrana çağırılması üçün panelin sağ aşağı küncündə olan ox düyməsi sıxılır. Beləliklə həmin panel proqramın sol tərəfində görsənir.

Word 2016 mübadilə buferi alətlər qrupu

Mətnin bir neçə fraqmenti ilə iş üçün Office proqramı hansı imkanları istifadəçiyə təklif edir?

Word 2016 mübadilə buferi alətlər qrupu

Qeyd etmək lazımdır ki, mətnin bir və ya bir neçə fraqmenti ilə işləmək üçün Word 2016 proqramı istifadəçiyə ofisin Mübadilə buferindən (Буфер обмена) istifadə etməyi təklif edir.

Буфер обмена-Mübadilə buferi panelinin iş prinsipi necədir?

Əvvəlcə Буфер обмена-Mübadilə buferi panelinin iş prinsipi ilə tanış olaq. Sonra bu panelin mahiyyətini izah edək.  Bunun üçün surəti çıxarmaq istədiyimiz istənilən mətni qeyd etməliyik.

Word 2016 mübadilə buferi alətlər qrupu

Sonra Буфер обмена-Mübadilə buferi paneli üzərindəki копировать düyməsini sıxmalıyıq. Gördüyünüz kimi nüsxəsi çıxardılmış mətn Буфер обмена-Mübadilə buferi panelinə yerləşdirildi. Digər bir mətnimizin nüsxəsini çıxartsaq eyni proses baş verəcəkdir.

Word 2016 mübadilə buferi alətlər qrupu

Mətnin yerdəyişməsi dedikdə hansı əməliyyat başa düşülür?

Mətnin yerdəyişməsi üçün ilk növbədə hər hansı bir mətnin cümlədə və ya abzasda mövqeyinin dəyişdirilməsidir.

Mətnin yerdəyişməsi üçün hansı üsullar mövcuddur?

  • Буфер обмена adlanan lentin imkanlarından
  • Konteks menyunun imkanlarından istifadə etməklə
  • Klaviatur düymələrindən istifadə etməklə

Буфер обмена adlanan alətlər qrupunun imkanlarından istifadə etməklə mətnin yerdəyişməsini necə həyata keçirmək olar?

Буфер обмена adlanan paneldən Вырезать düyməsini vururuq.

Word 2016 mübadilə buferi alətlər qrupu

Beləliklə həmin söz kəsilərək Office mübadilə buferinə göndərildi. Kəsilmiş sözü digər bir sətrə yerləşdirmək üçün mövqe qeyd olunur və Буфер обмена adlanan paneldə Вставить düyməsi sıxılır.

Word 2016 mübadilə buferi alətlər qrupu

Beləliklə biz Word 2016 mübadilə buferi alətlər qrupu mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 Tərtibat və Redaktə alətlər qrupu

Word 2016 Tərtibat və Redaktə alətlər qrupu

Изменить стили –Mətnin stilini(yazı formasını) dəyişir. Найти –Mətndə bizə lazım olan ad və ya hissəni axtarır.