Ana səhifə / Tətbiqi Proqramlar / Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Paylaşmaq!

PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Obyektlərin yerini dəyişmək üçün hansı üsullar mövcuddur?

PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Yeni slaydın yaradılması

İlk növbədə yeni boş slayd yaradaq. Yeni slayd yaratmaq üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan birini istifadə edək. Yeni slayd-New slide-Создат слайд seçin. Beləliklə, yeni boş slayd yaratmış olduq. Maketi də boş seçək. Sonra istənilən dizayn nümunəsi əlavə edək.PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Boş maketin təyin olunması

Bunun üçün Главная (Home) lentinə daxil Makeт (Maket) menyusuna daxil oluruq. Təklif olunan siyahıdan boş maket seçirik.PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Slayd üçün dizaynın seçilməsi

Bunun üçün Dizayn (Дизайн) lentinə daxil olub. Mövzular (Темы) alətlər qrupundan istənilən tərtibat nümunəsi seçilir.PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Fiqurların çəkilməsi

Bunun üçün Вставка (İnsert) lentinə daxil olub Shapes (Фигуры) menyusundan istənilən fiqur seçilir. Siçanın sol düyməsi sıxılaraq fiqur slayda əlavə olunur.PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Klaviatura üsulu ilə obyektin yerinin dəyişdirilməsi

Bunun üçün obyekt qeyd olunur. Sonra isə klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə   X hərfi vurulur. Obyekti yeni mövqedə yerləşdirmək üçün yer təyin olunur. Sonra isə klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə V hərfi vurulur.PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Siçan vasitəsilə obyektin yerinin dəyişdirilməsi

Siçan üsulu ilə obyektin yerini dəyişmək üçün siçanın sol düyməsi obyekt üzərində sıxılır və buraxılmadan lazım olan istiqamətə aparılır və siçanın sol düyməsi buraxılır.

Siçan üsulu ilə obyektin yerini dəyişmək üçün obyekt qeyd olunur. Üzərində yaranan ox işarəsi üzərində siçanın sol düyməsi sıxılır və buraxılmadan sağa tərəf çəkilir.

Menyu vasitəsilə obyektin yerinin dəyişdirilməsi

Bunun üçün obyekt qeyd olunur. Siçanın sağ düyməsi vurulur. Açılan konteks menyudan Cut (Вырезать) sətri seçilir. Sonra yer təyin olunur. Siçan sağ düyməsi vurularaq açılan konteks menyudan Paste (Вставить) sətri seçilir.PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Beləliklə biz PowerPoint 2016 obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 Şrift və Abzas alətlər qrupu

Word 2016 Şrift və Abzas alətlər qrupu

Mətnin bütövlükdə seçilməsi üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə A hərfi vurulur. Bundan sonra Главная lenti üzərinə bərkidilmiş  Шрифт  panelinə diqqət edək.  Шрифт paneli üzərində müxtəlif düymələr toplanmışdır ki, onlar mətnin şrifti üzərində müxtəlif əməliyyatlar yerinə yetirməyə imkan verir.