Ana səhifə / Tətbiqi Proqramlar / PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi

PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi

Paylaşmaq!

PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 proqramında obyektlərin ölçülərinin dəyişdirilməsi

Obyektlərin ölçülərinin dəyişdirilməsi üçün hansı üsullar mövcuddur?

Üsul 1. Obyektlərin ölçülərini ixtiyarı olaraq dəyişmək. Siçan (Mouse) vasitəsilə.

Əgər biz obyekt olaraq fiqurun, şəklin və ya digər obyektlərin ixtiyari olaraq ölçülərini dəyişmək istəyiriksə, bu zaman aşağıdakılar yerinə yetirilir.

  • Obyekt PowerPoint proqramında yaradılır.
  • Obyektin üzərində şəffaf yumru dairələr meydana gəlir.
  • Həmin dairələrin istənilən birinə siçanın göstəricisini yaxınlaşdırıb istənilən istiqamətə dartıb buraxırıq.
  • Shift düyməsi sıxılı saxladıqda obyektin ölçüsü hər tərəfə bərabər istiqamətdə dəyişiləcək.

PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi

Üsul 2. Obyektin ölçülərini Format lentinin köməyi ilə  dəyişmək.

Əgər biz obyekt olaraq fiqurun, şəklin ya digər obyektlərin ölçülərini dəqiq dəyişmək istəyiriksə, bu zaman aşağıdakılar yerinə yetirilir.

  • Obyekt PowerPoint proqramında yaradılır. Obyekti qeyd edirik.
  • Format lentinə müraciət edirik.
  • Lentin Size ( Размер) alətlər qrupunda ölçüləri dəyişmək olar.

PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi

Üsul 3. Obyektin ölçülərini Konteks menyunun köməyi ilə  dəyişmək.

Əgər biz obyekt olaraq fiqurun, şəklin ya digər obyektlərin ölçülərini dəqiq dəyişmək istəyiriksə, bu zaman aşağıdakılar yerinə yetirilir.

  • Obyekt PowerPoint proqramında yaradılır. Obyekti qeyd edirik. Siçanın sağ düyməsini obyekt üzərində vururuq.
  • Açılan konteks menyudan Размер и положение əmrini seçirik.
  • Формат рисунка adlanan panel vasitəsilə ölçüləri dəyişirik.

PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi

Beləliklə biz PowerPoint obyektlərin ölçülərinin dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.