Ana səhifə / Tətbiqi Proqramlar / PowerPoint 2016 proqramının təyinatı və interfeysi

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Paylaşmaq!

PowerPoint 2016 proqramının təyinatı və interfeysi bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

PowerPoint proqramı nə üçün nəzərdə tutulub?

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

PowerPoint 2016 proqramı ofis proqramlarından biridir. Bu proqram öz rəngarəngliyi ilə fərqlənir. PowerPoint 2016  proqramı təqdimatların, şəkil və qrafiklərin göstərilməsi ilə müşayət edilən və mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır.

PowerPoint proqramında yaradılan sənəd necə adlanır?

PowerPoint proqramında yaradılan sənəd necə adlanır?

PowerPoint 2016 proqramında yaradılan sənəd Təqdimat (Presentation- Презентация) adlanır. Təqdimat slaydlardan ibarətdir. Slaydlar üzərində müxtəlif obyektlər — şəkil, mətn, diaqram, fiziki sxem qrafiklər yerləşdirmək mümkündür. İllüstrasiyaların, animasiyaların, səslərin köməyi ilə Təqdimat yaratmaq olar.PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Təqdimatın yaradılmasında əsas funksiyalardan biri sizcə nədir?

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Powerpoint proqramının yaratdığı faylın tipi nədir?

Powerpoint 2016 proqramının yaratdığı faylın tipi *.pptx sayılır. Powerpoint 2003  proqramının yaratdığı faylın tipi isə  *.ppt sayılır.

Proqramın interfeysi ilə yaxından tanış olaq.

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

İnterfeys aşağıdakı elementlərdən təşkil olunub.

1.Proqramın başlıq sətri və onun üzərində üç düymə; 2.Ani işə salma paneli; 3.Ribbon interfeys lentləri ; 4.File menyusu ; 5.Proqramın xətkeşi ; 6.Təqdimata baxış rejimləri ; 7.Sürüşdürmə zolağı ; 8.Vəziyyət sətri ; 9.Miqyas düyməsi ;

Proqramın başlıq sətri və onun üzərində üç düymə

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Ani işə salma paneli

PowerPoint 2016 proqramının təyinatı və interfeysi
  1. Təqdimatı yadda saxlamaq;
  2. Əməliyyatı təkzib və təkrar etmək;
  3. Yeni təqdimat yaratmaq;
  4. Təqdimat müraciət etmək;
  5. Təqdimata çapdan öncə baxış etmək;
  6. Təqdimatı sürətli çap etmək;
  7. Ani işə salma panelini tənzimləmək;

Ribbon interfeys lentləri

PowerPoint 2016 proqramının təyinatı və interfeysi
  • Home lenti;
  • İnsert lenti;
  • Design;
  • Transitions lenti;
  • Animations lenti;
  • Slide Show lenti;
  • Review lenti;
  • View lenti;

File menyusu

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Proqramın xətkeşi

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Təqdimata baxış rejimləri

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Sürüşdürmə zolağı

PowerPoint 2016 proqramının təyinatı və interfeysi

Vəziyyət sətri

PowerPoint 2016 proqramının təyinatı və interfeysi
  1. Təqdimatdakı  slaydların sayı;
  2. Təqdimata tətbiq olunan tema;
  3. Təqdimatın dili;
  4. Təqdimata baxış düymələri;
  5. Miqyas düymələri;

Miqyas düyməsi

PowerPoint 2016 proqramının təyinatı və interfeysi
  1. düyməsi slaydın miqyasını kiçildir.
  2. + düyməsi slaydın miqyasını böyüdür
  3. Zoom düyməsinin köməyi ilə slaydın miqyasını ixtiyari olaraq böyüdüb-kiçiltmək olar
  4. % düyməsinin üzərində vurulduqda miqyası %- təyin etmək olar.
Qeyd: Cari slaydın miqyası maksimum 400% böyüdə, minimum isə 10 % kiçildə bilərik.

Beləliklə biz PowerPoint 2016 proqramının təyinatı və interfeysi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

PowerPoint 2016 slaydların çap edilməsi

PowerPoint 2016 slaydların çap edilməsi

Bu elektron dərsimizdə sizinlə təqdimat faylının slaydlarının çap edilməsi ilə tanış olacağıq. Slaydların çap edilməsi təqdimat faylı üzərində görülən axırıncı əməliyyatdır.