Ana səhifə / Ofis proqramları modulu / Word 2016 proqramının təyinatı və interfeysi

Word 2016 proqramının təyinatı və interfeysi

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.  Word 2016 proqramına həsr olunmuş ilk elektron dərsliyimdə sizləri salamlayıram. Ümid edirəm ki, bu elektron dərslər seriya şəkilində daha kefiyyətli formatda oxucularımın və tələbələrin ixtiyarına veriləcək. Və tam olaraq təmənnasız və heç bir maliyyə dəstəyi olmadan öz imkanlarım hesabına həyata keçiriləcəkdir. Bu elektron dərsliklərim yeni başlayan istifadəçilər, Universitet, Peşə Mərkəzi, Peşə liseyi və məktəblərində kompüter qruplarında tədris alan tələbələr üçün nəzərdə tutulub.

Word 2016 proqramının təyinatı və interfeysi

Word 2016 proqramının təyinatı və interfeysi

Word proqramının digər versiyalarında olduğu kimi Word 2016 proqramının interfeysində də xeyli dəyişiklik baş vermişdi. Bu barədə sonrakı elektron dərslərdə ətraflı məlumat veriləcəkdir. Əvvəlcə Word 2016 proqramına giriş və onun haqqında ətraflı məlumat əldə edək.

Microsoft Word 2016 proqramı nə üçün nəzərdə tutulub?

Word 2016 proqramının təyinatı və interfeysi

Word 2016 proqramı sənədlərin, broşüra və kitabların, ərizə və arayışların, cədvəllərin, sadə qrafik sxemlərin çəkilməsi və yaradılması üçün unikal mətn prosessoru sayıla bilər.

Hansı üsulla Word 2016 proqramını başlatmaq olar?

  • Əgər Word 2016 proqramının simgəsi sizin iş masanızda mövcuddursa, onda onun üzərində siçanın sol düyməsini iki dəfə sıxmaqla onu işə salmaq olar
  • Başla (Пуск) menyusuna daxil olub, əvvəlcə Все программы sətrini sonra isə Word 2016 sətri üzərində siçanın sol düyməsini bir dəfə vururuq.
  • Üçüncü üsul isə proqrama məxsus fayl üzərində iki dəfə sol düymənin sıxılmasıdır.

Proqramın interfeysində hansı elementlər var?

Word 2016 proqramının təyinatı və interfeysi

  • Başlıq zolağı üzərində proqramı idarə edən 4 düymə
  • Cəld müraciət paneli
  • File menyusu
  • Lent tabla
  • Proqrama məxsus xətkeş
  • İşçi sahə
  • Sürüşdürmə zolaqları
  • Vəziyyət sətri
  • Miqyas düymələri
  • Rejim düymələri

Word 2016 proqramının təyinatı və interfeysi

Beləliklə biz Word 2016 proqramının təyinatı və interfeysi mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün elektron dərsimdə faydalı olacaq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu elektron dərsim Word 2016 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.