Ana səhifə / KQİES / Əməliyyat sistemləri və onların növləri

Əməliyyat sistemləri və onların növləri

Paylaşmaq!

Əməliyyat sistemləri və onların növləri bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter sistemini idarə edən proqramlar və Sistem proqramlarından istifadə  moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Əməliyyat sistemləri və onların növləri

Əməliyyat sistemi nədir?

Əməliyyat sistemi kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur.

 Əməliyyat sistemi hansı funksiyaları yerinə yetirir?

Əməliyyat sistemləri və onların növləri

  • Proqramların əməli yaddaşa köçürülməsi və onların tətbiqi.
  • Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi.
  • Kompüterin əməli yaddaşının idarə edilməsi.
  • Kompyuterin sabit yaddaşının idarə edilməsi.
  • İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradilması.

Əməliyyat sisteminin əlavə funksiyaları hansılardır?

Əməliyyat sistemləri və onların növləri

  • Bir neçə əməliyyatın paralel olaraq yerinə yetirilməsi.
  • Proseslər arasında bağlantının və qarşılıqlı əlaqənin qurulması.
  • Kompüterlər arasında bağlantının və qarşılıqlı əlaqənin qurulması.
  • Sistemin sıradan çıxmasının, informasiyanın itirilməsinin və ikinci şəxsin əlinə keçməsinin qarşısının alınması.
  • Qoşulmaların idarə edilməsi

Əməliyyat sistemlərinin hansı növləri mövcuddur?

Əməliyyat sistemləri və onların növləri

  • Sistemdə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: bir istifadəçili və çox istifadəçili.
  • Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: bir məsələli və çox məsələli.
  • Prosessorların sayına görə: bir prosessorlu və çox prosessorlu
  • Prosessorun mərtəbələrinin sayına görə: 8 mərtəbəli, 16 mərtəbəli, 32 mərtəbəli, 64 mərtəbəli.
  • İnterfeysin tipinə görə: əmr yönlü obyekt yönlü
  • İnformasiyanın emal rejiminə görə: paket emallı, vaxt bölgülü və real vaxt miqyaslı.
  • Resurslardan istifadənin tipinə görə: şəbəkə və lokal.

Beləliklə biz Əməliyyat sistemləri və onların növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …