Ana səhifə / Windows 7 / Windows 7-də bələdçini ekrana çağırmaq

Windows 7-də bələdçini ekrana çağırmaq

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugün ki, video dərsimizin mövzusu Windows 7 bələdçini ekrana çağırmaq olacaq. Bildiyimiz kimi Windows 7 əməliyyat sistemində Bələdçi adlanan proqram mövcuddur. Bu proqramın rus dilində adı Проводник, ingiliscə isə Windows Explorer adlanır.

Windows 7-də bələdçini ekrana çağırmaqWindows 7-də bələdçini ekrana çağırmaq

 

Bələdçi proqramının təyinatı kompüterdə mövcud olan fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulub. İstər Windows 7 əməliyyat sistemi, istərsə də Windows XP əməliyyat sistemində bələdçi pəncərəsi əsas pəncərələrdən biri sayılır. Bu video dərsimizdə biz bələdçi proqramını ekrana çağırmaq qaydalarını öyərənəcəyik. Bələdçi proqramını ekrana daha tez və rahat çağırmaq üçün tapşırıqlar zolağına bərkidilmiş bələdçi düyməsi üzərinə bir dəfə klik etməklə çağırmaq olar. Proqram adətən burada pəncərə şəklində görsənir.
Bələdçi proqramını ekrana çağırmaq üçün istifadə olanan üsullardan biri də klaviatura vasitəsilədir. Bunun klaviaturada Win düyməsi sıxılı saxlamaqla E hərfi vurulur. Beləliklə bələdçi proqramının pəncərəsi ekranda görsəndi.
Bələdçi proqramını ekrana çağırmaq üçün istifadə olanan üçüncü üsul Пуск menyusu vasitəsilədir. Bunun üçün Пуск-Başla menyusuna müraciət olunur. Açılan menyudan Все программы sətri seçilir. Sonra isə Стандартные qovluğu siyahıdan tapılır. Həmin qovluğa müraciət edərək Проводник qovluğu üzərində bir dəfə klik olunur. Beləliklə bələdçi proqramının pəncərəsi ekranda görsəndi. Ümumiyyətlə Windows 7 əməliyyat sistemində olan üstün cəhətlərdən biri də bütün pəncərələrə bələdçi pəncərəsi kimi yanaşılmasıdır.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …

Добавить комментарий