Ana səhifə / Windows 7 / Windows 7-də obyektin göndərilməsi

Windows 7-də obyektin göndərilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Windows 7 obyektin göndərilməsi olacaq. Obyekti bir yerdən digər yerə göndərmək Windows 7 əməliyyat sistemində mümkündür. Lakin burada da müəyyən məhdudiyyətlər vardır.

Windows 7-də obyektin göndərilməsiWindows 7-də obyektin göndərilməsi

Obyekti göndərmək üçün ilk növbədə obyekt qeyd olunur. Üzərində sağ düymə sıxılır. Açılmış konteks menyudan əvvəlcə Оправить sətrini sonra alt menyudan təklif olunan ünvanlardan biri seçilməlidir. Bu sətriləri ayrılıqda izah edək.
Alt menyuda verilən Адресат sətri faylın və qovluğun elektron poçt ünvanına göndərilməsini təmin edir. Документы obyekti sənədlər qovluğuna göndərir. Получител факса sətri seçilərsə, onda obyektimiz faks vasitəsilə təyin olunmuş ünvana göndəriləcək. Рабочий стол sətrinin seçilməsi zamanı həmin obyektin iş masasında etiketinin yaradılmasına imkan verir. Сжатая Zip папка sətri seçilərsə, onda obyektləri Zip qovluğu kimi arxivləşdirərək göndərir. Sonuncu olaraq hər hansı bir yaddaş qurğularının seçilməsi həmin obyektin bu yaddaş qurğularına göndərilməsini təmin edir. Biz faylımızı Документы adlanan qovluğa göndərmək üçün həmin sətri seçirik. Gördüyümüz kimi faylımız Документы adlanan qovluğa göndərildi. Hər hansı bir proqramın simgəsini iş masasına göndərmək üçün ilk növbədə Пуск menyusuna müraciət edirik. Açılan baş menyudan əvvəlcə Все программы sətrini sonra isə istənilən proqramın qovluğuna daxil oluruq. Proqramı işlədən faylın üzərində sağ düyməni sıxaraq açılan konteks menyudan Оправить sətrini sonra alt menyudan təklif olunan ünvanlardan biri kimi Рабочий стол sətrini seçərək klik edirik. Beləliklə proqramın simgəsi artıq iş masasında yarandı.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Proqramların simgələri açılmır.Üsul 2

Proqramların simgələri açılmır.Üsul 2

Bugünkü, video dərsimizin mövzusu Proqramların simgələri açılmır.Üsul 2 olacaq. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın parametrlərinin dəyişdirilməsi üsullarını öyrəndik.

Добавить комментарий