Ana səhifə / Windows XP / Başla menyusunun tənzimlənməsi

Başla menyusunun tənzimlənməsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Başla menyusunun tənzimlənməsi olacaq. Bu menyunun tənzimlənməsi üçün siçanın sağ düyməsi tapşırıqlar paneli üzərində vurulur.Başla menyusunun tənzimlənməsiAçılan konteks menyudan Свойства sətri seçilir. Beləliklə Панель задач и меню Пуск adlanan proqram pəncərəsi meydana gəlir.Başla menyusunun tənzimlənməsiƏvvəlki video dərsimizdə biz Tapşırıqlar panelinin tənzimlənməsi haqqında ətraflı məlumat aldıq. Həmin video dərsdə bildirdik ki, Панель задач и меню Пуск proqramı iki səhifədən təşkil olunub. Bu səhifələrdən ikincisi Mеню Пуск-Başla menyusu adlanır. Biz Mеню Пуск-Başla menyusu səhifəsinə keçid alaq. Bu səhifədə menyunun tənzimlənməsi üçün iki variant təklif olunur. Birinci variant Başla menyusunun müasir (Mеню Пуск) varinatıdır.İkinci variant isə Классическое меню Пуск adlanır. Hal-hazırda məhz bu variant seçilir.Başla menyusunun tənzimlənməsiBaşla menyusunun məhz bu görnüşünün seçilməsi əməliyyat sisteminin digər köhnə versiyalarında olduğu kimi başla menyusu o formada görünüşünü təmin edir.Başla menyusunun tənzimlənməsiƏgər həmin pəncərədə Mеню Пуск-Başla menyusu sətri seçilərsə, o zaman Başla menyusunun müasir variantını görmüş olacağıq.Başla menyusunun tənzimlənməsiİndi isə Классическое меню Пуск –un tənzimlənməsi ilə tanış olaq. Bunun üçün həmin sətrin qarşısında olan Настроить düyməsini vururuq.Başla menyusunun tənzimlənməsiGördüyümüz kimi Настройка Классического меню Пуск adlanan yeni pəncərə meydana gəlir.Başla menyusunun tənzimlənməsiPəncərədə mövcud olan bir sıra düymə və sətrlərin köməyi ilə menyunun bu növünü tənzimləmək olar. Состав меню Пуск –Başla menyusunun tərkibi bölməsində olan Добавить düyməsinin köməyi ilə Başla menyusunun tərkibinə istənilən proqramın simgəsini əlavə edə bilərik.Başla menyusunun tənzimlənməsiBunun üçün Добавить düyməsi vurulduqda Создание ярлыка-Simgənin yaradılması adlanan yeni bir pəncərə meydana gəlir.

Başla menyusunun tənzimlənməsi

Pəncərədə olan Обзор düyməsi sıxılmaqla Обзор папок adlanan yeni pəncərə yaranır.Başla menyusunun tənzimlənməsiBurada ağacvari struktur təsvir olunub. Siyahıdan iş masamızda olan USBScan adlı proqramı seçərək Ok düyməsini vururuq. Gördüyümüz kimi Создание ярлыка-Simgənin yaradılması adlanan pəncərənin ünvan sətrində simgənin ünvanı yazıldı.Başla menyusunun tənzimlənməsiƏməliyyatı davam etdirmək üçün Далее düyməsini sıxırıq. Növbəti Выбор папки adlanan pəncərədə simgənin menyunun hansı hissəsinə əlavə olunması üçün barədə siyahı təklif olunur.Başla menyusunun tənzimlənməsiBizim nümunədə Стандартные qovluğu seçilərək Далее düyməsini vururuq. Sonra isə digər pəncərədə Готово düyməsini sıxılır. Beləliklə iş masamızda olan USBScan adlı proqram Başla menyusunun Стандартные qovluğuna əlavə olundu.Başla menyusunun tənzimlənməsiBaşla menyusunun tərkibinə daxil olan istənilən proqramın simgəsini silmək üçün bu dəfə Настройка Классического меню Пуск pəncərəsində Удалить düyməsi vurulur.Başla menyusunun tənzimlənməsiQarşımıza Удаление ярлыков и папок adlanan yeni pəncərə çıxır ki, həmin pəncərədə silmək istədiyimiz proqramın simgəsi tapılaraq Удалить düyməsi sıxılır.Başla menyusunun tənzimlənməsiSonra isə simgənin silinməsi təsdiq olunur. Настройка Классического меню Пуск pəncərəsində olan növbəti Вручную düyməsidir.Başla menyusunun tənzimlənməsiBu düymə vasitəsilə istənilən proqramın simgəsini açılan pəncərədə yeri müəyyən etməklə simgənin həmin ünvana əl üsulu ilə daşınmasını təmin edir.Başla menyusunun tənzimlənməsiBeləliklə Polyglot proqramının simgəsini baş menyunun Стандартные qovluğuna əlavə etdik.Başla menyusunun tənzimlənməsi Beləliklə biz Windows XP əməliyyat sistemində Başla menyusunun tənzimlənməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий