Ana səhifə / Windows XP / Bələdçini ekrana çağırmaq

Bələdçini ekrana çağırmaq

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Bələdçini ekrana çağırmaq olacaq. Bildiyimiz kimi Windows XP əməliyyat sistemində Bələdçi adlanan proqram mövcuddur. Bu proqramın rus dilində adı Проводник, ingiliscə isə Windows Explorer adlanır. Bələdçi proqramının təyinatı kompüterdə mövcud olan fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulub. Windows XP əməliyyat sistemində bələdçi pəncərəsi əsas pəncərələrdən biri sayılır. Bu video dərsimizdə biz bələdçi proqramını ekrana çağırmaq qaydalarını öyərənəcəyik. Bələdçi proqramını ekrana çağırmaq üçün istifadə olanan üsullardan biri də klaviatura vasitəsilədir. Bunun klaviaturada Win düyməsi sıxılı saxlamaqla E hərfi vurulur. Beləliklə bələdçi proqramının pəncərəsi ekranda görsəndi.Bələdçini ekrana çağırmaq Bələdçi proqramını ekrana çağırmaq üçün istifadə olanan başqa bir üsul Mənim kompüterim simgəsi üzərində siçanın sağ düyməsi sıxılır. Açılan konteks menyudan Проводник sətri seçilir.Bələdçini ekrana çağırmaq Bələdçi proqramını ekrana çağırmaq üçün istifadə olanan növbəti üsul Пуск menyusu vasitəsilədir. Bunun üçün ПускBaşla menyusuna müraciət olunur. Açılan menyudan программы sətri seçilir. Sonra isə Стандартные qovluğu siyahıdan tapılır. Həmin qovluğa müraciət edərək Проводник qovluğu üzərində bir dəfə klik olunur. Beləliklə bələdçi proqramının pəncərəsi ekranda görsəndi.Bələdçini ekrana çağırmaq Beləliklə biz Windows XP əməliyyat sistemində Bələdçini ekrana çağırmaq mövzusu ilə tanış olduq.

Bələdçini ekrana çağırmaq

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий