Ana səhifə / Windows XP / Windows Xp-də faylların axtarışı

Windows Xp-də faylların axtarışı

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Windows Xp-də faylların axtarışı olacaq. Məlumdur ki, əməliyyat sistemində faylların axtarışı üçün xüsusi əmr mövcuddur. Bunu biz Başla menyusu və ona aid elementlərin izahı mövzusu ilə tanış olarkən demişdik.Windows Xp-də faylların axtarışıНайти (Axtarış-Find) menyusundakı birinci sətir Файлы и Папки əmri adlanır.Windows Xp-də faylların axtarışıBu cür axtarış funksiyasına müraciət üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə F hərfini vurmaq kifayətdir. Gördüyümüz kimi ekrana Axtarışın nəticələri-Результаты поиска adlanan yeni pəncərə meydana gəlir. Pəncərənin sol tərəfindəki panelə diqqət edək. Burada nə axtarmaq istədiyimiz haqqında sual verilmişdir.Windows Xp-də faylların axtarışıBurada axtarış dörd istiqamətdə aparıla bilər.
Birinci istiqamət kompüterdə mövcud olan şəkil,musiqi və videoların (Изображения,музыку или видео ) axtarışıdır.Windows Xp-də faylların axtarışı İkinci istiqamət kompüterimizdə olan sənədlərin, elektron cədvəllərin və digər bu kimi mətn fayllarının axtarışı üçün nəzərdə tutulub.Windows Xp-də faylların axtarışı Üçüncü istiqamət kompüterimizdə mövcud olan bütün faylların və qovluqların axtarışını təmin edir.Windows Xp-də faylların axtarışı Dördüncü istiqamət şəbəkəyə qoşulan kompüterlərin və istifadəçilərin axtarışını təmin edir.Windows Xp-də faylların axtarışı İndi isə bu istiqamətlərin hər biri üzrə ayrılıqda axtarış edək və əyani öyrənək. İlk növbədə şəkil,musiqi və videoların axtarışından başlayaq. Bunun üçün Изображения,музыку или видео keçidi üzərində bir dəfə siçan vasitəsilə klik edək. Gördüyümüz kimi növbəti bir səhifə yaranır.

Windows Xp-də faylların axtarışı

Burada hər bir bölmə üzrə ayrılıqda axtarışa imkan verən sahələr mövcuddur. Onların işarələnməsi həmin istiqamət üzrə axtarışı təmin edir. Deyək ki, adı bizə məlum olmayan şəkil faylların tapmaq lazımdır. Bunun üçün Изображения и Фотографии sətrinin qarşısında olan çeksboks işarələnir. Sonra isə axtarış aparılacaq Поиск в sahəsindən ünvan seçilir. Bizim nümunəmizdə bu Mənim şəkillərim qovluğu olacaq.Windows Xp-də faylların axtarışıBütün bu tənzimləmələrdən sonra Найти düyməsi sıxılaraq axtarış prosesinə start verilir. Axtarışın nəticəsi pəncərənin sag tərəfindəki sahədə verilir.Windows Xp-də faylların axtarışıAxtarış pəncərəsindəki Назад düyməsini sıxmaqla prosesi bir pillə geri qaytarırıq. Musiqi fayllarının axtarışı üçün Музыка adlanan çeksboks işarələnir. Axtarış ünvanı kimi kompüterin lokal disk CD ünvanı seçilir və Найти düyməsi sıxılır.Windows Xp-də faylların axtarışı Beləliklə adı bizə məlum olmayan bütün musiqi fayllarının axtarışı başlayır. Nəticə şəkildəkiWindows Xp-də faylların axtarışıkimi görsənir. Axtarış pəncərəsindəki Назад düyməsini sıxmaqla prosesi bir pillə geri qaytarırıq. İndi isə kompütermizdə mövcud olan adı bizə məlum olmayan video faylların axtarışı üçün ВидеоVideo çeksboksu işarələnir.Windows Xp-də faylların axtarışıНайти düyməsi sıxılır. Beləliklə adı bizə məlum olmayan bütün video fayllarının axtarışı başlayır. Axtarışın nəticəsi pəncərənin sağ tərəfində verilir.Windows Xp-də faylların axtarışı Beləliklə biz Windows XP əməliyyat sistemində Windows Xp-də faylların axtarışı mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

 Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий