Ana səhifə / Elektron dərsliklər / İnternetdə informasiya axtarışı

İnternetdə informasiya axtarışı

Paylaşmaq!

İnternetdə informasiya axtarışı

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İnternetdə informasiya axtarışını asanlaşdırmaq üçün xüsusi serverlərdən istifadə edilir. Bu serverlər müxtəlif informasiya resursları arasında informasiya axtarışını təmin edirlər.  Adlar üzrə faylları tapmaq üçün FTP-serverlərdə Archie-serverlərdən istifadə edilir. Menyu bəndlərini axtarmaq üçün Gopher serverlərindəki Veronica axtarış proqramından istifadə edilir. Açar sözlərə görə şəbəkə verilənlər bazasında indeksləşdirilmiş sənədlərin axtarışı WAIS proqramı vasitəsilə həyata keçirilir. 

İnternetdə informasiya axtarışıİnternetdə informasiya axtarışı

İnternetin bütün WWW serverlərində informasiya axtarışı çox da asan məsələ deyildir. Bunun üçün aşağıdakı əsas yanaşmalardan istifadə edilir:

Web-indekslərin yaradılması. Bu yanaşmada avtomatik olaraq informasiyanın yığılması, baxış və indekləşdirilməsi xüsusi axtarış proqramları (robotlar) vasitəsilə həyata keçirilir. Bu proqramlara misal olaraq, Alta Vista (altavista.com), HotBot  (www.hotbot.com), həmçinin Open Text (http: www.open text.com) proqramlarını göstərmək olar. Bu cür axtarış sistemlərinin müsbət cəhətləri onların böyük verilənlər bazasına malik olması və sorğuların emalının yüksək sürətli olmasıdır.Mənfi cəhəti isə informasya emalının aşağı keyfiyyətdə olmasıdır.

Web-katoloqların yaradılması. Bu yanaşmada katoloqlara malik mövzuyönlü informasiya sistemlərinin təşkili nəzərdə tutulur.Daxil olunan verilənlərin analiz və təsnifatı yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilir. Bu cür axtarış sistemlərinə YAHOO (www.yahoo.com) b və Magellan (magellan.com) proqramlarını aid etmək olar. Bu sistemlərin müsbət cəhəti informasiyanın böyük keyfiyyəti çeşidlənməsi , mənfi cəhəti isə yaradılması üçün böyük zəhmət tələb olunması və informasiyanın yeniləşməsinin tələb olunmasıdır.

 Hibrid axtarış sistemləri. Bu sistemlərdə indekslərvə mövzular üzrə olan kataloqlardan istifadə etmək olar. Bu cür sistemlərə Lycos (www.lycos.com) , Excite (www.excite.com) və Web Crawler (wepcravler.com) sistemlərini aid etmək olar. Bu cür sistemlərin  müsbət və mənfi cəhətləri informasiya axtarışı və saxlanmasının 1və11 prinsiplərindən istifadə olunması və həyata keçirilməsi dərəcəsi ilə təyin edilir.

Online məlumatları. Bunlar əl ilə yaradılır və Web kataloqlardan fərqli olaraq daxili axtarış mexanizminə malik olmurlar. Buna görə də burada informasiyanın müstəqil axtarmaq lazımdır. Online məlumat proqramlarına aşağıdakıları  aid etmək  olar. Whole  İnternet Gaxabor (http://nearnet.gnn.com/gnn/wic/in.dex.html) Web Server Directory, mövzu üzrə olan məlumat sistemi- Big Book (big.book.com) qrafiki təsnifatı Hootvers (hoovers.com).

CD-ROM-da yerləşən  verilənlər bazaları. İnternet-şəbəkə resursları lokal verilənlər bazası şəklində olur. Bu cür məlumat sistemlərinə A. Siqalovun «İnternet-in sarı səhifələri» (Rus versiyası «Elektron  kataloqu»). Quaterdesk firmasının WebCompass axtarış sistemini aid etmək olar. Onların müsbət cəhəti avtonom  rejimdə lazımı  ünvanları  əvvəlcədən axtarmaq  imkanına malik  olması, mənfi cəhəti isə informasiyanın operativ olaraq yeniləşdirilməsinin mümkün olmamasıdır.

Rus dili axtarış sistemlərinə aşağıdakıları aid etmək olar. Beynəlxalq Web-indekslər. buraya rus dili  sözləri daxil etmək olar. Buna missal olaraq, Alta Vista (altavista.telia.com) sistemini göstərmək olar.

Axtarış sistemləri. Buraya daxildir CTEK firmasının istehsalı olan Rambler (www.rambler.ru), İNTERRUSİA kompaniyasının istehsalı ola «Rus maşın axtarış» (search.interrusia .com). Bundan əlavə aşağıdakı sistemlər də mövcuddur. Comptek international (http.//www.cti.ru /arcadia/index.html), Duks (www.dux.ru).  

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий