Ana səhifə / Windows XP / Faylların tərkibinə baxış

Faylların tərkibinə baxış

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Faylların tərkibinə baxış olacaq. Çox vaxt biz yaratdığımız obyektin tərkibinə baxmaq istəyirik, yəni onun haqqında məlumat almaq istəyirik. Bu elədə çətin bir əməliyyat deyil. Bunun üçün obyekt qeyd olunur.Faylların tərkibinə baxışÜzərində siçanınsağ düymə sıxılır. Açılmış kontekst menyudan Свойства sətri seçilir.Faylların tərkibinə baxış Açılmış pəncərə ilk növbədə seçdiyimiz obyektə aid olan bir pəncərədir.Pəncərənin Общие adlanan səhifəsi seçdiyimiz obyekt haqqında ətraflı, yəni ümumi məlumat verməyə imkan verir.Faylların tərkibinə baxış Общие adlanan səhifədə birinci sətr obyektin ilk növbədə adı ilə bağlıdır. Əgər biz obyektə hər hansı bir ad vermişiksə, onda həmin sətirdə obyektin adı görünəcək.Faylların tərkibinə baxış Тип файлa sahəsi obyektin tipi ilə bağlı olan məlumatı verir. Gördüyümüz kimi bizim faylımız tipi AVI File-dir. Bu o deməkdir ki,bu video faylıdır.Faylların tərkibinə baxış Приложение adlanan hissədə hal hazırda bu tip faylı işlədən proqramın adı verilir. Məsələn: Bizim nümunədə Media Player Classic.Faylların tərkibinə baxış Размещение adlanan hissədə hal hazırda obyektin harada yerləşdiyi yeri göstərir.Faylların tərkibinə baxış Размер adlanan hissə obyektin həcmi barədə həm MB ölçüsündə həm də Bayt ölçüsündə ətraflı informasiya verir.
На диске adlanan sahə həmin faylın diskdə tutduğu sahə haqqında ətraflı məlumat verir. Diqqət edin ki, Размер На диске adlanan sahədə müəyyən dəyişiklik var. Misal üçün Размер adlanan sahədə 7 MB, На диске adlanan sahədə isə 7,01 MB göstərilir. 0.01 MB-tın artıq göstərilməsi həmin obyektin daha rahat işdəməsi üçün yerin ayrılması deməkdir.Faylların tərkibinə baxış Digər əlamətlərdən biri obyektin yaradılması haqqında tarixdi .Misal üçün bizim obyektimiz 2 noyabr 2000-ci ildə yaradılıb və öz saatıda əks olub.

Faylların tərkibinə baxış

Obyektin üzərində dəyişiklik edilməsi haqqında məlumatı Изменен adlanan sahədə öyrənirik. Yəni dəyişiklik edildiyi tarix və saatı göstərilir. Obyektə müraciət tarixi isə Открыт adlanan sətrdə görsənir. Yəni obyektə müraciət olunan tarix elə eyni adlanan tarix nəzərdə tutulub.Faylların tərkibinə baxış Və əlbəttə fayl olduğu üçün faylın özünə məxsus atributları var. Bu atributlardan ikisi bura əks olunub.Burada birinci atribut Только чтениe atributudur.Yəni yalnız oxumaq üçün nəzərdə tutulan atribut.Faylların tərkibinə baxış İkinci atribut isə Скрытый atributudur.Yəni obyektləri gizlətmək üçün nəzərdə tutulan atribut. Faylların tərkibinə baxış Obyekt pəncərəmizi bağlıyırıq və digər obyektlər haqqında ətraflı məlumat öyrənənk. Bunun üçün Mənim sənədlərim adlanan qovluğa daxil olaq və istənilən fayl haqqında məlumat alaq. Deyək ki, BETM adlanan faylın üzərində siçanın sağ düyməni sıxdıq. Свойства sətrini seçdik. Açılmış Свойства BETM adlanan pəncərə seçdiyimiz obyektin tərkibi haqqında məlumat pəncərəsidir.Burada da yuxarıda dediklərimin hamısı öz əksini tapıb. Burada faylın ölçüsü kifayət qədər kiçikdir. Çünki adi bir təqdimat faylıdı. Həcmi 156 KB və diskdə tutduğu yerin həcmidə elə o qədərdir.
Və diqqət edin. Burada atribut kimi Только чтениe təyin olunub. Yəni yalnız oxumaq üçün atribut. Ona görə də burada ciddi bir dəyişiklik etmək mümkün deyil.
СозданИзменен sahələrinə diqqət edirik. Fayl 8 oktyabr 2010-cı ildə yaradılıb. Открыт sahəsində isə bu göstərici biraz dəyişilib, yəni 2 noyabr 2010-cı il. Ona görə ki, bu obyektə bu gün ki tarixdə və saatda müraciət etmişik .
Тип файлa hissəsində göstərilir Microsoft PowerPoint Presentation bu o deməkdir ki, faylın tipi təqdimat faylıdı və onu işlədən proqram isə Microsoft Office PowerPoint olacaq.Faylların tərkibinə baxış Beləliklə biz Windows XP əməliyyat sisteminin Faylların tərkibinə baxış mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий