Ana səhifə / Windows XP / Qovluqların şəklinin dəyişdirilməsi

Qovluqların şəklinin dəyişdirilməsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Qovluqların şəklinin dəyişdirilməsi olacaq. Bu video dərsimizdə Qovluq üzərində şəkil yerləşdirmə əməliyyatını tətbiq edəcəyik. Unutmayaq ki, kompüterdə elə qovluqlar var ki, onların şəkli dəyişdirilir. Məsələn deyək ki, Мoй документы, Мoй компьютер və digər qovluqlar.
Göstərdiyimiz Hesabat qovluğunun şəklini dəyişmək üçün üzərində siçanın sağ düymə sıxılır. Açılan kontekst menyudan Свойства sətri seçilir.Qovluqların şəklinin dəyişdirilməsiAçılmış pəncərədən əvvəlcə Настройка səhifəsini daha sonra Сменить значок düyməsini sıxırıq.Qovluqların şəklinin dəyişdirilməsi Qarşımıza çıxan yeni bir pəncərə göstərilmiş qovluğun şəklini dəyişmək üçün bizə imkan verir.
Misal üçün biz əgər qovluğumuza deyək ki, internetlə bağlı olan hər hansı bir şəkli yerləşdirmək istəyiriksə,onda bu işarə seçilir. Ok düyməsi sıxılır.Qovluqların şəklinin dəyişdirilməsiTəsdiq üçün Ok bir də sıxılır. Beləliklə qovluğumuz konkret internet işarəsi ilə əvəzləndi. Qovluqların şəklinin dəyişdirilməsi Əməliyyatı geri qaytarmaq üçün obyekt üzərində siçanın sağ düymə sıxılır. Свойства sətri seçilir.Qovluqların şəklinin dəyişdirilməsiНастройка səhifəsindən Сменить значок düyməsi sıxılır.Qovluqların şəklinin dəyişdirilməsi Və qovluğu əvvəlki vəziyyətinə qaytarmaq üçün qovluq işarəsi seçilir. Ok düyməsi sıxılır və bir daha Ok vururuq.Qovluqların şəklinin dəyişdirilməsi Beləliklə bizim göstərdiyimiz qovluq əvvəlki vəziyyətinə qayıtdı. Bu obyektlər üzərində şəkillərin yerləşdirilməsi əməliyyatı idi. Bunları fayl üzərində tətbiq etmək mümkün deyil. Yalnız qovluqlar üzərində aparmaq olar.Qovluqların şəklinin dəyişdirilməsi Beləliklə biz Windows XP əməliyyat sisteminin Qovluqların şəklinin dəyişdirilməsi mövzusu ilə tanış olduq.

Qovluqların şəklinin dəyişdirilməsi

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий