Ana səhifə / Windows XP / Obyektin köçürülməsi

Obyektin köçürülməsi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bugünkü video dərsimizin mövzusu Obyektin köçürülməsi olacaq. Windows XP əməliyyat sistemində obyektlərin köçürülməsi üçün bir neçə üsul təklif olunur. Bunlar aşağıdakılardır.
1.Obyektin siçan vasitəsi ilə köçürülməsi
2.Obyektin klaviatura düymələrin köməyi ilə köçürülməsi
3.Obyektin menyu və kontekst menyunun köməyi ilə köçürülməsi
Obyekti konteks menyunun köməyi ilə köçürülməsi zamanı obyekt üzərində siçanın sağ düyməsi sıxılır.Açılan konteks menyudan Копировать sətri seçilir.Obyektin köçürülməsiSonra köçürüləcək mövqe təyin olunur. Və konteks menyudan bu dəfə Вставить sətri seçilir.Obyektin köçürülməsi Obyekti siçan vasitəsi ilə köçürülməsi üçün obyekt üzərində siçanın sol düyməsi ilə yanaşı CTRL düyməsi sıxılır və buraxılmadan digər obyekt üzərində daşınır.
Obyekti ikinci üsul vasitəsi ilə köçürülməsi zamanı əvvəlcə obyekt qeyd olunur. Sonra isə klaviaturada CTRL düyməsi sıxılı saxlanılaraq C hərfi vurulur.Obyektin köçürülməsiDaha sonra təyin olunmuş mövqeyə yerləşdirmək üçün klaviaturada CTRL düyməsi sıxılaraq V hərfi vurulur.Obyektin köçürülməsi Obyekti menyu vasitəsi ilə köçürmək üçün əvvəlcə obyekt qeyd olunur. Sonra isə Правка menyusuna daxil olub Копировать sətri seçilir. Daha sonra obyektin köçürüləcəyi mövqe təyin olunur və menyunun Правка bəndinə təkrar müraciət edərək Вставить sətri seçilir.

Obyektin köçürülməsi

Beləliklə biz Windows XP əməliyyat sistemində Obyektin köçürülməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Windows Xp-də mövzu yaratmaq

Windows Xp-də mövzu yaratmaq

Beləliklə Свойства экран pəncərəsinin Темы-Mövzular adlanan səhifəsində Yeni mövzu adlanan mövzu siyahıya əlavə olunmuşdur. Tətbiq üçün Применить düyməsi sıxılır. Gördüyümüz kimi yaratdığımız yeni mövzu artıq iş masasında görünür.

Добавить комментарий