Ana səhifə / Word 2003 / Abzasların düzləndirilməsi

Abzasların düzləndirilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında Abzasların düzləndirilməsi olacaq.

Abzasların düzləndirilməsiAbzasların düzləndirilməsi

Microsoft Office Word 2003 proqramı abzasları düzləndirmək üçün formatlaşdırma alətlər panelinin düymələrindən başqa menyu variantı da təklif edir. Abzasları düzləndirmək üçün ilk növbədə Отступы и интервалы səhifəsinə keçin. Burada Alignment-Выравнивание sahəsi mövcuddur. Microsoft Office Word 2003 proqramında abzası düzləndirmək üçün düzləndirəcəyimiz abzası qeyd edin. Format-Format-Формат menyusuna daxil olun. Diqqət burada dörd üsulu var: sola, sağa, mərkəzə və hər iki istiqamətə düzləndirmə. Biz həmin sətr vasitəsilə mətni sola, sağa, mərkəzə və hər iki istiqamətə düzləndirə bilərik. Bu əməliyyatı biz formatlaşdırma alətlər panelinin düymələrindən istifadə etməklə də yerinə yetirə bilərik.

Əgər biz birinci sətrə abzas tətbiq etmək istəyiriksə, yəni müəyyən bir istiqamətdə sürüşdürmək istəyiriksə, bu zaman Первая строка sahəsindən отступ seçilir. Beləliklə tətbiq olunmuş birinci sətr 1,25 sm sağa çəkildi. Bu əməliyyatı Tab düyməsi ilə də yerinə yetirə bilərik. Lakin bu mətnə simvolar əlavə edir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Tapşırıq4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий