Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bugünki dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında dəyişikliklərin təkzibi və təkrar edilməsi olacaq.
Əməliyyatın təkzibi
Həmçinin bu dərsdə biz sənədin miqyası anlayışı ilə yaxından tanış olacağıq. Təkzib və ya təkrar düymələri daxil edilən dəyişiklikləri ləğv etməyə və ya təkrarlamağa imkan verir. Ilk öncə mətndə hər hansı bir sözü qeyd edin və silin. İndi isə standart alətlər lövhəsində olan təkzib yəni (Отменить) düyməsini vurun. Dəyişiklikləri təkrar etmək üçün standart alətlər lövhəsindən təkrar və ya (Вернуть) düyməsini sıxın. Microsoft Office Word 2003 proqramı sənədin görünüşünə baxmaq üçün müəyyən faizlər təklif edir. Əlbəttə, sənədin miqyasını dəyişmək standart alətlər panelində olan miqyas (Масштаб) düyməsinin köməyilə yerinə yetirilir. Göstərilmiş sətirdə ox işarəsini vurun. Qarşıya çıxan menyuda istənilən faiz seçilir. Məsələn: 200 faiz. Unutmaq olmaz ki, mətnin faizini dəyişsək çapa həmin faizdə getməyəcək. Yəni çap zamanı mətnin görünüş faizi 100 faiz olaraq qalacaq. Mətnin faizini dəyişməklə siz, daha rahat redaktə işlərini yerinə yetirə bilərsiniz. Unutmayın ki, mətni hansı görünüş faizində yadda saxlayırsınızsa, o faiz görünüşündə də ekrana çağırılacaq. Daha ətraflı aşağıdakı video dərsdə.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Bir şərh
Pingback: Əməliyyatın təkzibi « Xəbərlər