Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti beşinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü, dərsimizin mövzusu Digər versiyalı Word proqramı üçün yadda saxlanılması olacaq. Məsələ burasındadır ki, mən dördüncü video dərsliyimdə faylı yadda saxlayarkən onun tip anlayışına toxunmadım. Yəni faylın bu cür yadda saxlanması yalnız Word 2010 və Word 2007 üçün keçərli idi. Əgər biz hələ də kompüterimizdə Microsoft Office proqramının 97-2002-2003-cü il versiyalarından istifadə ediriksə, onda yeni versiyalı office proqramlarında yaradılmış faylı keçmiş versiyalı Office proqramlarında işlətmək (açmaq) mümkün olmayacaq.
Digər versiyalı Word proqramı üçün yadda saxlanılması
Bu məsələnin həlli Office 2007 proqramından başlayaraq yeni versiyalı Office proqramlarında artıq fikirləşilib. Ona görə də bu problemin həlli üçün sənədi yadda saxlayarkən faylın tipinin Office-nin keçmiş versiyaları üçün yadda saxlanılmasını seçmək lazımdır. Gəlin qarşımızda olan sənədi Office 97-2003-cü il versiyaları üçün yadda saxlayaq. Bunun üçün Fayl (Файл) menyusuna müraciət edirik. Sonra Сохранить как (yeni adla yadda saxlamaq) əmrini vururuq. Təbii ki, sənədimiz ilk dəfə yaddaşa verildiyi üçün məhz bu əmr seçilir. Sonra yadda saxlanılacaq yer seçilir. Bizim nümunədə bu iş masası olacaq. Daha sonra fayla ad verib onun
tipini təyin edirik. Тип файла (Faylın tipi ) sahəsində siçanın göstəricisini vururuq. Açılan siyahıdan Документ Word 97-2003 sətrini seçirik və
Сохранить (Yadda saxla) düyməsini sıxırıq. Beləliklə bizim sənədimiz Microsoft Office proqramının 97-2002-2003-cü il versiyaları üçün yadda saxlanıldı. Amma bu zaman belə bir problemlə üzləşirik. Daha doğrusu sənədin başlıq sətri üzərindəki yazıya diqqət yetirsək görəcəyik ki, faylın adından sonra mötərizə içərisində yazılıb (Режим ограниченной функциональности-Məhdud funksiyalı rejim) sağ tərəfdə isə Microsoft Word. Bu onu göstərir ki, Microsoft Office Word 2010 proqramında olan bir sıra funksiyalar bu sənəd üçün keçərli deyil və yaxud ümumiyyətlə həmin funksiyalar passivdir. Növbəti dərslərdə biz bu problemin necə aradan qaldırılması məsələlərini öyrənəcəyik. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır