Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti iyirmi
birinci video dərsliyimdə sizləri salamlayıram. Bugünkü dərsimizin mövzusu Word 2010 proqramında formatın surətinin çıxarılması olacaq. İlk növbədə onu qeyd edim ki, hal-hazırda qarşımızda formatlaşdırılmamış hər hansı bir sənədi görürsünüz və biz bu sənədin başlığına və müəyyən abzaslara formatlaşdırma elementlərindən birini tətbiq edəcəyik və çalışacağıq ki, çox sadə bir üsuldan, formatın sürətinin çıxarılması üsulu ilə başlıqlarımızın digərlərinə də həmin format tətbiq olunsun.
Word 2010 proqramında formatın surətinin çıxarılması
İlk növbədə bu işin əhəmiyyətindən danışmaq istəyirəm ki, biz şrift və abzaslar üçün müəyyən edilmiş
formatlaşdırma elementlərini çox vaxt təkrar etməyə məcbur oluruq və hər dəfə mətni qeyd etmək və bu formatlaşdırma prosesini təkrar etmək əvəzinə formatın surətini çıxartmaq mümkündür. Gəlin əvvəlcə sənədimizdə olan mətnlərə müəyyən bir format təyin edək və sonra bu dediyim əməliyyatları təkrarlayaq. Sistem bloku mətnini biz mərkəzə doğru çəkirik, qalınladırıq və şriftin ölçüsünü böyüdürük, həmçinin lazım gəlsə şrifti dəyişirik. Beləliklə biz sistem bloku başlığına bu cür format nümunəsi təyin etdik. Həmçinin digər bir abzası qeyd edirik. Mərkəzə doğru düzləndiririk. Lazım gələrsə təbii ki şrifti böyüdürük. Bu şəkildə və müəyyən redaktə işlərini aparırıq. Gördüyümüz kimi sənədimizin həm başlığına həm də mətnimizə müəyyən bir formatlaşdırma elementləri tətbiq etdik. Bütün bu əməliyyatları digər abzaslara da tətbiq etmək olar. Bunun üçün formatın surətinin çıxarılması düyməsi və onun iş prinsipi ilə tanış olmalıyıq. Məlumdur ki, formatın surətinin çıxarılması düyməsi Word 2003-də formatlaşdırma alətlər panelində mövcud idisə Word 2010 proqramında isə bu alət Главная lenti üzərinə bərkidilmiş Буфер обмена panelindədir. Həmin düymənin adı Формат по образцу adlanır. Bu düymənin tətbiqi üçün əvvəlcə mətn qeyd olunmalıdır. Sonra Главная lenti üzərinə bərkidilmiş Буфер обмена panelində olan Формат по образцу düyməsini sıxmalıyıq. Gördüyümüz kimi siçanın göstəricisinə fırça bərkidildi. Daha sonra həmin formatın surətini hansı mətnə tətbiq etmək istəyiriksə sadəcə siçanın göstəricisini sözə yaxınlaşdırıb üzərinə çəkməliyik. Artıq mətnimizdəki sistem blokuna tətbiq olunmuş format monitorlar sözünə də verildi. Beləliklə formatın surətinin çıxarılması əməliyyatını digər mətnlərimizə də tətbiq etmək olar.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır