Ana səhifə / Word 2010 / Word 2010-da yeni sənədin yaradılması

Word 2010-da yeni sənədin yaradılması

Paylaşmaq!

Word 2010-da yeni sənədin yaradılması
Word 2010 proqramı

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti üçüncü video dərsliyimdə sizləri salamlayıram. Bugünkü dərsimizin mövzusu Word 2010 proqramında yeni sənədin yaradılması olacaq. Bu video dərsliyin köməyi ilə biz proqramda yeni boş sənədin yaradılması prosesini öyrənəcəyik.

Word 2010-da yeni sənədin yaradılması

Word 2010-da yeni sənədin yaradılması
Yeni boş sənəd

Adi qaydada boş sənəd proqram işə salınarkən istifadəçiyə təklif olunur. Əgər proqram tərəfindən boş vərəq təklif olunmasaydı və ya hər hansı səbəbdən yeni boş vərəq yaratmaq tələb olunsaydı, onda bu videodərsliyim sizə kömək ola bilər. Biz proqram yeni boş sənədin yaradılması üçün müxtəlif üsullardan istifadə edəcəyik. Odur ki, bu üsul və imkanlar hər bir istifadəçinin zövqünə söykənir. Hansı üsul istifadəçi tərəfindən daha asan qavranılırsa məsələhət görülür ki, elə o üsuldan da istifadə etsin. Mən proqramda açılmış yeni boş  sənədi bağlayıram. Bağlamaq üçün klaviaturada əvvəlcə CTRL düyməsini sonra isə W hərfini vururam. Microsoft Word 2010 proqramında yeni boş sənəd yaratmaq üçün ani işə salma panelində

Word 2010-da yeni sənədin yaradılması
Yeni sənəd yaratmaq üçün düymə

(панели быстрого доступa) bərkidilmiş Создать düyməsi üzərində siçanın göstəricisini bir dəfə vururam. Əgər bu düymə Microsoft Word 2010 proqramının ani işə salma panelində (панели быстрого доступa) yoxdursa, bunun üçün sadəcə ani işə salma panelinin (панели быстрого доступa) sağ aşağı küncündə olan Настройка панели быстрого доступа ( ani işə salma panelinin

Word 2010-da yeni sənədin yaradılması
Menyu vasitəsilə yeni sənəd yaratmaq

ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan bizim nümunədə Создать sətri seçilir. Beləliklə Создать düyməsi ani işə salma panelinə əlavə olunur. Bu düymənin köməyi ilə biz yeni boş sənəd yaratdıq. Gördüyümüz kimi sənədin sol yuxarı küncündə kursor adlanan şaquli xətt yanıb-sönür. Kursor dedikdə klaviaturadan daxil ediləcək simvolun mövqeyini göstərən şaquli xətt başa düşülür. Yeni yaradılmış boş sənədi bağlayaq. Bunun üçün klaviaturada əvvəlcə CTRL düyməsini sonra isə W hərfini vururam. Növbəti üsul klaviatura alternativi vasitəsilədir. Bunun üçün klaviaturada əvvəlcə CTRL düyməsini sonra isə N hərfini vurulur. Beləliklə növbəti ikinci üsuldan istifadə edərək boş sənədi yaratdıq. Digər bir üsul Fayl(Файл) menyusunun imkanlarına söykənir. Biz Fayl (Файл) menyusuna daxil olub Создать sətrini seçməklə ekranın sağ tərəfinə diqqət yetirsək görərik Microsoft Word 2010 proqramı yeni sənəd yaratmaq üçün böyük imkanlar təklif edir. İstər Microsoft Word 2010 proqramına quraşdırılmış şablonların köməyi ilə istərsə də sadəcə Новый документ simgəsini seçib Создать düyməsini vurmaqla yeni sənəd yaratmış olarıq. Ümid edirəm ki, göstərdiyim üsullar sizin ehtiyacınızı ödəyəcək və işində yaradımçı olacaq.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Sənədə şəkil və clipartların yerləşdirilməsi

Bugünkü, video dərsimizin mövzusu Sənədə şəkil və clipartların yerləşdirilməsi olacaq. Qeyd etmək istəyirəm ki, Microsoft Word 2010 proqramında şəkil və cliaprtları sənədə əlavə etmək üçün müxtəlif funksiyalar mövcuddur. İndi isə bu funksiyalarla tanış olaq.

Добавить комментарий