Ana səhifə / Xəbərlər / 2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

Paylaşmaq!

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.

Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

Müasir Azərbaycanın gənclər siyasəti Ümumilli liderin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı.

Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi. Məhz I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.

Yanvarın 31-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Liseydaxili voleybol yarışlarına yekun vuruldu.

Liseydaxili voleybol yarışlarına yekun vuruldu.

Tədbir qalib gələn 225, 233, 228 №-li qrup tələbələrinin, həmçinin liseyin ictimai-siyasi həyatında və gənc nəslin təlim-tərbiyəsində fəal iştirak edən müəllim və istehsalat təlimi ustalarının mükafatlandırılması ilə yekunlaşdı. Xatirə şəkilləri çəkildi.

Добавить комментарий