Ana səhifə / Xəbərlər / 8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

Paylaşmaq!

Bu gün ölkəmizdə yeni dərs ilinin başlanması böyük təntənə ilə qeyd edildi. Həmçinin respublikamızda  fəaliyyət göstərən bütün peşə liseylərində olduğu kimi Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 8 №-li Bakı Peşə Liseyində də «Bilik» bayramı yüksək səviyyədə təşkil olundu. Təşkil olunan tədbirdə Qaradağ Rayon Yeni Azərbaycan Partiya Təşkilatının sədr müavini Hicrət xanım Qaradağlı başda olmaqla həmin liseyin məsul işçiləri, müəllim və usta kollektivi, şagirdlər və onların valideynləri iştirak etdilər.

8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra söz 8 №-li Bakı Peşə Liseyinin  direktor əvəzi Turan Babaxanovaya verildi. Turan xanım  gələn qonaqları, müəllim-pedaqoji heyəti və şagirdləri salamladı, onları bayram münasibətilə təbrik etdi. 8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildiBildirdi ki, müstəqil dövlətimizin, xalqımızın həyatında ən əlamətdar və şərəfli hadisə olan yeni dərs ili başlanır. Təhsil cəmiyyətin inkişafını şərtləndirən ən başlıca amilllərdən biridir. Ona görə də hər bir dövlət, hər bir xalq, ilk növbədə, öz inkişaf strategiyasında təhsili önə çəkməklə cəmiyyətin gələcək inkişafı üçün əsas yaradır. Hər bir müəllim öz ömür payının böyük bir hissəsini şagirdləri arasında bölüşdürür. Onun ömrü ağ işığa bürünmüş bir nur çeşməsidir. Bu ağ işıqdan müəllim hər şagirdinə bir zərrə hədiyyə edir. Zaman keçdikcə şagirdlərə verilən bu zərrələr böyüyür və gur işığa çevrilir. Müəllim o vaxt özünü xoşbəxt hiss edir ki, yetirmələrini yüksək göstəricilərlə ali məktəblərə qəbul olunan, ən mötəbər xitabət kürsülərində çıxış edən, idman yarışlarında dövlət bayrağını yüksəklərə qaldıran görür. Öz zəhmətinin bəhrəsini görmək hər bir müəllim üçün ən dəyərli mükafatdır. Saysız – hesabsız yollar arasında müəllimin getdiyi bir yol var. Bu yolla gedən müəllimin arxasınca ağ bir zolaq qalır: ömrünün sonuna qədər uzanan, silinməyən, yox olmayan, ona hörmət- etiram gətirən bir zolaq. Bu, təbaşirin havaya qalxan tozudur. Əziz müəllimlər və şagirdlər! Hər birinizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edir və müvəffəqiyyətlər arzulayıram. Turan Babaxanova rəhbərlik etdiyi kollektivin  son illərdə əldə etdiyi uğurlardan danışmaqla Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəllim adının nə qədər şərəfli və uca tutulduğunu qeyd etdi, liseyimizə yeni qəbul olan şagirdlərə təhsil illərində müvəffəqiyyətlər arzuladı. Lisey rəhbərinin çıxışından sonra  söz tədbirdə Qaradağ Rayon Yeni Azərbaycan Partiya Təşkilatının sədr müavini Hicrət xanım Qaradağlıya verildi.8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildiO da ilk növbdə müəllim-pedaqoji kollektivi və şagirdləri salamladı, Bilik Günü və yeni tədris ilinin başlanması münasibəti ilə səmimi təbriklərini çatdırdı. Belə bir liseydə oxumaq böyük bir şərəfdir. Liseyin gözəl kollektivi var. Sizin oxumağın üçün kollektiv öz daxili imkanları hesabına liseyi təmir etdirib və təhsil almağınız üçün bütün şərait yaradılıb. Bir daha müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edirəm. Daha sonra tədbirdə iştirak edən pedaqoji kollektivin hər bir üzvü Bilik Günü münasibəti şagirdləri və onların valideynlərini bu gün münasibəti ilə səmimi qəlbdən təbrik etdilər.8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

Onlara gələcək işlərində və təhsil illərində uğurlar arzuladılar. Tədbirin sonunda 8 №-li Bakı Peşə Liseyinin direktor əvəzi Turan Babaxanova 2019-2020-ci yeni dərs ilində hazırlıq məqsədi ilə keçirilən:

«Bacarsan hamının yükünü sən çək

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər

Sənin də yükünü bütün el çəkər.»

adlı aksiyada nümunəvi fəallığı ilə fərqlənən liseyin rəhbər heyətini, müəllim və usta kollektivini, texniki işçiləri və bir qrup şagirdləri TƏŞƏKKÜRNAMƏ ilə təltif etdi.8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi8 №-li Bakı Peşə Liseyində Bilik günü qeyd edildi

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий