Ana səhifə / Xəbərlər / Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Paylaşmaq!

Dekabr 27-də 8 №-li Bakı Peşə Liseyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir. Təşkil olunan tədbirdə liseyin məsul işçiləri, müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Tədbiri açıq elan edən aparıcılar tədbir iştirakçılarını salamladılar. Bildirdilər ki, 31 dekabr dövlətimiz və xalqımız tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” kimi qeyd edilir.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduTədbirin aparıcıları Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin əldə etdiyi uğurlardan söz açdılar.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduAzərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra  söz Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbova verildi.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu Fizuli müəllim ilk növbədə kollektivi Yeni il bayramı münasibətilə təbrik etdi.  Bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar mühim bir hadisəyə çevrilmişdir.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduHər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 28 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi  müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Odur ki, dünyada yaşayan bütün azərbaycanlıları bu gözəl bayramlar — həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sonra söz Tədris İstehsalat İşləri üzrə direktor müavini Turan Babaxanovaya verildi. Turan xanım  müəllim-pedaqoji heyəti və tələbələri salamladı, onları bayram münasibətilə təbrik etdi.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduBildirdi ki, bu gün biz, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram, onları təbrik edirəm.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti vardır. Bir daha kollektivimizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.

Tədbirdə  söz Təlim-tərbiyə İşləri üzrə direktor müavini Rəsmiyyə Cəfərovaya verildi. O da ilk növbədə kollektivi, tələbələri salamladı, 31 dekabr – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il”  münasibəti ilə səmimi təbriklərini çatdıraraq ilin hər bir günü həmrəy olmağı arzuladı. Yeni ildə hamınıza bol-bol uğurlar, yeni-yeni nailiyyətlər, sağlamlıq, xoşbəxtlik dilədi.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduÇıxış üçün söz liseyin Təsərrüfat İşləri üzrə direktor müavini Haqverdi Mahmudova verildi.  O da öz növbəsində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi təbrik etdi.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu Bütün kollektivə sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzuladı. Müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma liseyimizin inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar dilədi.

Çıxış üçün söz liseyin Baş ustası  Çırax İsmayılova verildi.  O da öz növbəsində müəllim kollektivini, istehsalat təlimi ustalarını və tələbələri bayram münasibəti ilə təbrik edərək, səmimi arzularını çatdırdı.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduÇıxış üçün söz liseyin Həmkarlar Təşkilatının sədri Xalidə Mənsimliyə verildi. Kollektivi salamlayan Xalidə xanım bildirdi ki, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ölkəmizdə və hətta ölkəmizin hüdudlarından kənarda böyük çoşqu ilə qeyd edilir.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduBu günki, tədbirimizdə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni 2020-ci ilin qarşılanmasına həsr edilmişdir. Mən də Həmkarlar Təşkilatı adından hər iki bayram münasibəti ilə kollektivimizi və tələbələrimizi səmimi qəlbdən təbrik edirəm.Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduDünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunduDünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Tədbir tələbələrin hazırladıqları kompozisiya, seir, musiqi nömrəsi ilə davam etdi.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий