Ana səhifə / Xəbərlər / 8 №-li BPL-də «Beynəlxalq Sülh Günü» qeyd olundu.

8 №-li BPL-də «Beynəlxalq Sülh Günü» qeyd olundu.

Paylaşmaq!

21 sentyabr 2019-cu il tarixində Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 №-li Bakı Peşə Liseyində «Beynəlxalq Sülh Günü» nə aid tədbir keçirilmişdir.

8 №-li BPL-də «Beynəlxalq Sülh Günü» qeyd olundu.

Tədbiri giriş sözü ilə açan aparıcılar tədbir iştirakçilarını salamladılar. Sülh gününün təsis olma tarixindən, məqsədi və vəzifələrindən, BMT-nın bu istiqamətdəki fəaliyyətindən danışaraq tədbir  iştirakçılarına məlumat verdilər. Sonra söz 8 №-li Bakı Peşə Liseyinin direktor əvəzi Turan Babaxanovaya verildi. Turan müəllimə bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla  təkrar etdiyi müqəddəs bir sözün — Sülh! olduğunu bildirdi.8 №-li BPL-də «Beynəlxalq Sülh Günü» qeyd olundu.Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də bundan irəli gəlir. Lakin çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanına çevrilməkdədirlər. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Odur ki, sülhün bərqərar olmasına yönəlmiş bu çağırış  insanlığın missiyası, bəşəri dəyərlərin ən  önəmlisi olmalıdır.Sonra söz kollektivimizə yeni qoşulan Elxan müəllimə verildi.8 №-li BPL-də «Beynəlxalq Sülh Günü» qeyd olundu.Elxan müəllim bu gün münasibətilə kollektivi təbrik etdi. Bildirdi ki, sülh ilk növbədə azadlıq, bərabərlik və ədalət deməkdir. Hər bir cəmiyyətin və ümumilikdə bəşəriyyətin ən çox arzu etdiyi diləkdir. Azərbaycan xalqı həmişə öz sülhsevərliyini qoruyub saxlamışdır. Öz qoynunda bir çox millətlərə yer verərək ona öz qardaşı kimi davranıb. Onların dərdinə şərik olmuşdur. Çox təəsüflər olsun ki, bu həmişə qarşılıqlı olmayıb. Bundan sui istifadə edənlər də az olmayıb. Bu gözəl gündə sülh sevər Azərbaycanımıza arzu edirəm ki, doğma Qarabağımız sülh yolu ilə azad olunsun. Daha sonra söz Həmkarlar Təşkilatının sədri Xalidə Mənsimliyə verildi.8 №-li BPL-də «Beynəlxalq Sülh Günü» qeyd olundu.O da öz növbəsində kollektivi bu gün münasibəti ilə təbrik edərək «Beynəlxalq Sülh Günü» barəsində qisa məlumat verdi. Sonra söz digər tədbir iştirakçılarına verildi. Onlarda öz növbəsində öz təbriklərini çatdırdılar. Tədbir şagirdlərinin hazırladıqları kompozisiya, mahnı, musiqi nömrəsi ilə davam etdi.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий