Ana səhifə / Xəbərlər / Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir

Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir

Paylaşmaq!

Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbirDünən və bu  gün 25 — 26 fevral 2015-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımı və Xocalı şəhidlərinin 23-ci il dönümünə həsr edilmiş tədbir, o cümlədən ədəbi-bədii gecə keçirildi.

Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir

Tədbirin açılışını liseyin direktoru Nəzərov Qulam müəllim edərək toplantı iştirakçılarından şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra  O, tədbirin keçirilməsinin vacib və zəruri olduğunu, bu hadisələrin gənc nəslin təlim-tərbiyəsində, vətənə sevgi və vətənpərvərlik hisslərinin aşılanmasında böyük rol oynadığını qeyd etdi. Həmçinin Xocalı soyqırımının dünyanın bir sıra aparıcı ölkələrində anıldığını və  Amerika Birləşmiş Ştatlarının 16 ştatında bu faciənin soyqırım kimi tanınması faktından danışdı.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşər qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci ilXocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət , təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Xocalı soyqırtımının tanınması- Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa ölkələrində, ABŞ. ştatlarında “Xocalıya dəstək” kompaniyası aparılır. Bu işlərin nəticəsidir ki, son illərdə 10-yuxarı Dövlət və ABŞ. 16 ştatının nümayəndələr palatası Xocalıda baş vermiş genosid aktını Xocalı soyqırımı kimi tanımışlar. Mən inanıram ki, Dövlətimizin apardığı uğurlu xarici siyasət nəticəsində bütün dünya Dövlətləri “Xocalı soyqırımı”nı tanıyacaq və qəbul edəcəklər. Çox yaxın vaxtlarda biz Xocalını düşmən tapdağından azad edəcəyik və şəhəri bərpa edəcəyik.

Sonra toplantı iştirakçılarına liseyin kompüter müəllimi Şaiq Qədirov tərəfindən hazırlanmış, Xocalı Soyqırımına həsr olunmuş film nümayiş olundu.

Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbirSonra çıxış üçün söz liseyin tarix müəllimi Ağayev Nəzərə verildi. Nəzər müəllim bir tarixçi kimi tarixə nəzər salaraq 1988-ci ildən başlamış Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olduğunu bildirdi.

Bu faciə XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdəyanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular.

Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfərXocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.

Daha sonra liseyin digər müəllim kollektivi Xocalı faciəsinin dəhşətləri barəsində ətraflı məlumat verdilər. Tədbir liseyin şagirdlərindən ibarət ədəbi-bədii kompazisiya ilə davam etdirildi.

Tədbirdən belə bir nəticəyə gəlindi ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral «Xocalı soyqırımı və milli matəm günü» elan olunmuş, bu barədəXocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə «Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı «Xocalı Soyqırımı» ilə əlaqədar xalqa müraciət edir.

Bu gün xalqımız Xocalı faciəsinin 23-cü  il dönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir… Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq…

Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir…

8 saylı Bakı Peşə Liseyinin mühəndis-pedaqoji  və şagird kollektivi

Xocalı faciəsinin 23-cü il dönümü münasibəti ilə Azərbaycan xalqına dərin hüzünlə başsağlığı verir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

Yanvarın 31-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

Добавить комментарий