“Mintel Technology” şirkəti rəqəmli fotoaparat və videokameraların satışlarından qazanılan gəlirin azalmasını qeyd edib.
Rəqəmli fotoaparatların satış həcmi azalır![Rəqəmli fotoaparatların satış həcmi azalır Rəqəmli fotoaparatların satış həcmi azalır](data:image/svg+xml,%3Csvg%20xmlns=%22http://www.w3.org/2000/svg%22%20viewBox=%220%200%20660%20330%22%3E%3C/svg%3E)
“ICTnews” elektron xəbər xidməti “lentaru” saytına istinadən bildirir ki, tədqiqat Böyük Britaniyada aparılıb. Hesablamalara görə, 2011-ci ildə fotoaparat bazarının həcmi təxminən 742 milyon avro təşkil edib.Bu, 2006-cı illə müqayisədə 29 faiz azdır. Proqnozlara görə, 2016-cı ilədək tələbat 649 milyon avroya qədər azalacaq.
Videokamera seqmentində də eyni vəziyyət müşahidə olunur: 5 il ərzində satış həcmi 21 faiz azalıb.Analitiklər səbəb kimi istehlakçıların foto və videoları tez-tez smartfonlar vasitəsilə çəkdiklərini göstəriblər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır