Ana səhifə / Xəbərlər / Tələbələrin Finlandiyaya səfəri başlayıb

Tələbələrin Finlandiyaya səfəri başlayıb

Paylaşmaq!

Tələbələrin Finlandiyaya səfəri başlayıb24 iyun-4 iyul tarixlərində azərbaycanlı tələbələr üçün Finlandiyada Savonlinna Yay Məktəbi start götürüb. İlk dəfədir ki, bu nüfuzlu musiqi festivalında azərbaycanlı gənclər də iştirak edir. «Azercell Telekom» MMC-nin dəstəyi ilə Bakı Musiqi Akademiyasının iki tələbəsi — vokal üzrə təhsil alan Aytac Şıxəlizadə (2-ci kurs) və Nəzrin Zərbəliyeva (3-cü kurs)  Savonlinnadakı musiqi bayramına qatılıblar. Azərbaycanlı gənc musiqiçilər Savonlinna Musiqi Akademiyasının professoru Tomas Krausenin rəhbərliyi altında kurs keçəcəklər.
Bakı Musiqi Akademiyası tələbələrinin Finlandiyaya səfəri haqda razılaşma  bu ilin fevralında baş tutub. Həmin vaxt «TeliaSonera» şirkətinin dəstəyi  Savonlinna Musiqi Akademiyasının professor heyəti Bakıda qonaq olmuşdu.

Tələbələrin Finlandiyaya səfəri başlayıbTələbələrin Finlandiyaya səfəri başlayıb

Onlar Bakı Musiqi Akademiyasının yuxarı kurs tələbələri üçün master klass keçirmiş, qala konsert proqramı ilə çıxış etmişdilər. Qərara alınmışdı  ki, Bakı Konservatoriyasının ən istedadlı 8 tələbəsi təcrübəsini artırmaq üçün Finlandiyaya göndərilsin.
Daha 6  gənc musiqiçimizin dünya klassik musiqisinin məkanı sayılan Savonlinna Yay Məktəbinə səfəri isə avqust ayında baş tutacaq. Hər il bu məktəbə dünyanın hər yerindən istedadlı gənc musiqiçilər toplaşır. Bu proqram iştirakçılara zəngin təcrübə mübadiləsi aparmağa, həm də əsl sənətçilərdən dərs almağa imkan yaradır.  
1950-ci ildə yaradılan Savonlinna Musiqi Akademiyasında dünya üzrə tanınmış musiqiçilər yetişdirilib. Hər yay Musiqi Akademiyasının dəstəyi ilə Savonlinnada əsl musiqi bayramı keçirilir. Burada Yay Məktəbi ilə yanaşı, məşhur Opera Festivalı da təşkil olunur və əsl sənətçilərin ifasında məşhur əsərləri dinləmək istəyənlərin bu məkana toplaşmasına səbəb olur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий