Ana səhifə / Elektron dərsliklər / Kompüter musiqi aləti kimi

Kompüter musiqi aləti kimi

Paylaşmaq!

Kompüter musiqi aləti kimiSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Fransız bəstəkar Pyer Bule Amerika musiqi həvəskarlarını bu ölkəyə qastrol səfəri zamanı  heyran etdi. Onun musiqi alətləri ansamblında səs sintez edən bir sıra elektron qurğulardan və kompüterdən  istifadə olunurdu. Bulenin orkestr və səs sintez edən kompüter üçün yazdığı əsərlərindən rəqəmli elektron qurğular səs generatoru rolunu  yerinə yetirirdi.  Bu isə ənənə xaricinə çıxırdı, axı bu cür qurğular simfonik musiqini yazmaq, sonra isə onu ifa etmək demək idi. Kompüterlər hər bir  simfonik orkestrin tərkibində olmasa da, artiq bu gün kinofilmlərin və televiziya proqramlarının səslənməsində ənənəvi alətlərə alternativ kimi rəqəmli səs sintezatorlar mövcuddur.

Kompüter musiqi aləti kimiKompüter musiqi aləti kimi

Onlar  yüngül musiqi sahəsində daha çox populyardır. Musiqi sintezatorunun yaranması 1950-ci il-lərdə kompüter vasitəsilə səsin işlənməsi tədqiqatlarından başlandı. Belə ki, ”Bell Telephone” şirkətinin  laboratoriyasında səsin kompüter işləməsi tədqiq olunurdu. Bu tədqiqatda insan səsinin  telefon xətti ilə verilməsi zamanı keyfiyyətə təsir edən səbəblər  öyrənilirdi. Əvvəllər  kompüter vasitəsilə  musiqi səslərinin alınması  cəhdlər,  nəhayət, elektron sintezatorların və kompüter proqramlarının meydana gəlməsi ilə nəticələndi. Onlar indi elə yüksək səviyyəyə çatmışlar ki, musiqi ilə bağlı bir neçə  sahəyə əhəmiyyətli dərəcədə  təsir edirlər. Əvvəla, bu “alətlər” kommersiya əhəmiyyətlidirlər; onlar  həm musiqi, həm də musiqi effektləri yarada bilir, kinoda və teleekranda baş verən hadisələrlə asanlıqla sinxronlaşır. İkincisi, onlar qeyri-məhdud sayda müxtəlif səslər yaradırlar ki, bu da bəstəkarların və ifaçıların imkanlarını genişləndirir. Nəhayət onlar musiqi  adlandırdığımız səs birləşmələrini dərindən başa  düşməyə  kömək edirlər. Fiziki təbiətinə görə səs hər  hansı bir mühitdə,  məsələn, havada təzyiqin rəqsidir. Onun qrafik təsvirini verməli olsaq, mühitdə  təzyiq və zaman  arasında funksional asılılıq şəklində — dalğa formassında  göstərə bilərik. Bizim  eşitdiyimiz səslərin mənbəyi insanlarin səs telləri, kamançanın  simləri, avtomobillər və s-dir. Kompüterin ədədləri müəyyən səviyyədə elekdrik gərginliynə çevrilməsi kompüter musiqisi sahəsində mühüm mərhələdir. Bəsdəkarın mkanı var ki,özünün qeyri-adi alətlərini yaratsın. Belə alətlər yaradıcılıq üçün geniş menyudan açılır. Bu alətlərin özləri isə notlar siyahsı ilı yaradılır. Notlar siyahsi – mahiyyət etbarıilə musiqiçilərə notun verdiyi həmin informasiyanı müəyyən edən kompüter təminatıdır. Bu siyahıda göstərilir ki,hansı not hansı alətdə çalınmalıdır və onun müddəti nə qədər olmalıdır. Not siyahsı adi partituralara bənzəmir.Onlar hərf və ədədlərdən ibarətdir. Əvvəlki  kompüterlərə real zaman miqyasinda musiqi sintez edə bilmirdilər. Ona görə də kompüter musiqisi yalnız bəstəkarlar öz pyeslərini ləng sintez edirdilər. Bunun üçündə səsi əvvəl maqnit lentinə yazır, ancaq ondan sonra real zaman miqyasında səsləndirirdilər. Kompüter vasitəsi ilə musiqini səslərinin tədqiq edilməsi həm ənənəvi alətləri daha dəqiq əvəz eləməyə, həm də yaradılan səsin keyfiyətinin tez və dəqiq idarə olunması vasitələrinin yaradılmasına imkan verər. Bunlar musiqi əsərlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Kompüter tədqiqatları səsləri subyektiv qavrama cəhətlərimizin öyrənilməsində əsas rol oynayır. Bu xüsusən müasir bəstəkarlar üçün vacibdir. Ona görə ki, onlar artıq adi alətlərin yaratdığı səslərə məhdud deyillər. İndi onların təsəvvürə gələn istənilən səsləri yaratmağa imkanları vardır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий