Ana səhifə / Xəbərlər / Şəhidlər Xiyabanı ziyarət olunub

Şəhidlər Xiyabanı ziyarət olunub

Paylaşmaq!

Bu gün on minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər. Hər il olduğu kimi bu il də Xiyabana gələn paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının  xatirəsini böyük ehtiramla yad edirlər.

Şəhidlər Xiyabanı ziyarət olunub

Şəhidlər Xiyabanı ziyarət olunub16 Yanvar 2020-ci il tarixində  8 № li Bakı Peşə Liseyinin kollektivi və tələbələri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıblar.Şəhidlər Xiyabanı Şəhidlər Xiyabanı ziyarət olunub Şəhidlər Xiyabanı Şəhidlər Xiyabanı Şəhidlər Xiyabanı

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 30 il ötür. 30 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədiblər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

20 Yanvar Faciəsi qan yaddaşımızdır

20 Yanvar Faciəsi qan yaddaşımızdır

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Добавить комментарий