Poliqlot proqramının yüklənməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Poliqlot proqramının yüklənməsi
Poliqlot proqramına hansı lüğətlər daxil edilmişdir?
Bu lüğətlər sisteminə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və İngilis, Alman, Fransiz dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən Fransiz dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir.
«Poliqlot» elektron lüğətlər bazası nə qədər söz və ifadədən ibarətdir?
Ümumiyyətlə, «Poliqlot» elektron lüğətlər sistemində 200 minə yaxın söz və ifadə istifadə olunmuşdur. Sistemin proqram təminatı bazası Azərbaycan əlifbasının standartını tam dəstəkləyir və uyğun yaradılmışdır.
«Poliqlot» elektron lüğət proqramının interfeysi neçə dildə tərtib olunmuşdur?
Üç dilli (Azərbaycan, Rus və İngilis) istifadəçi interfeysinə malikdir.“Poliqlot» elektron lüğətlər sisteminə xarici dillərin öyrənilməsini asanlaşdirmaq xüsusi öyrədici oyun proqramları da daxil edilmişdir.
«Poliqlot» elektron lüğət proqramının kompüterə necə yüklənir?
Bunun üçün «Poliqlot» elektron lüğət proqramının rəsmi saytına http://www.polyglot.az daxil olmaq lazımdır. Amma təəssüflə bildirirəm ki, artıq http://www.polyglot.az saytı aktiv deyil. Bunun üçün digər mənbələrdən «Poliqlot» elektron lüğət proqramını internetdən kompüterinə endirərək yükləmək olar. Proqram müxtəlif əməliyyat sistemləri üçün inteqrasiya olunub. Həcmi cəmi 20,1 MB-dır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.