Elektron lüğət nədir?

Paylaşmaq!

Elektron lüğət nədir? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektron lüğət nədir?

Elektron lüğət nədir?

Elektron lüğət kompüterdə və ya digər elektron cihazda olan lüğətdir. Elektron lüğət istənilən sözün bir çox tərcümə variantını əldə etməyə imkan verən proqramdır.Elektron lüğət nədir?Lüğətlər müxtəlif mövzulara yönəldilmişdir. Alınan tərcüməni aydınlaşdırarkən, digər şirkətlər tərəfindən hazırlanmış elektron lüğətlərdən istifadə edə bilərsiniz (əgər onlar kompüterinizdə quraşdırılıbsa).

Çap olunmuş lügət ilə elektron lügətin fərqi nədir?

  • Axtarış sürətinin dəfələrlə artması;
  • Klaviaturadan söz və ifadələrin daxil edilməsi;
  • Kifayət qədər dəqiq yazısı olmayan sözlərin axtarılması;
  • Hiperlink sisteminin olması;
  • Böyük miqdarda məlumat saxlamaq imkanı;
  • İstifadəçi tərəfindən lüğətin doldurulması və ya istifadəçi lüğətinin yaradılması;
  • Mətn redaktorları ilə uyğunluq, lüğət girişlərini köçürmək və redaktordan lüğətə daxil olmaq imkanı;
  • Maşın tərcüməsi proqramları ilə uyğunluq;
  • Dilin fonetikası, qrammatikası, üslubu və digər aspektləri haqqında əlavə məlumatların verilməsi;
  • Lokal və qlobal şəbəkələrdə lüğətlərdən istifadə etmək bacarığı və s.

Hansı elektron lüğətlərdən istifadə edilə bilərik?

  • Lingvo (ABBYY proqramı)
  • Context (Информатик proqramı)
  • MultiLex (МедиаЛингва proqramı)
  • Polyglot proqramı
  • Dilmanc proqramı
  • PROMT Electronic Dictionary

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.