Ana səhifə / Elektron dərsliklər / Flash (Adobe Flash) nədir?

Flash (Adobe Flash) nədir?

Paylaşmaq!

Flash (Adobe Flash) nədir?,Fləş nədir
Adobe Flash

Əziz oxuxularım gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri növbəti elektron dərsimdə salamlayıram. Flash (Adobe Flash) nədir? sualı bu gün ki, dövrümüzün ən məşhur sualıdır. Ona görə də bu məqalə vasitəsilə mən bu suala cavab verməyə çalışacam.

Məhz fləş texnologiyası vasitəsilə biz internet istifadəçiləri heç bir problem olmadan online  videolara baxa bilirlər.

Fləş texnologiyasını istehsal edən şirkət əvvəlcə Macromedia şirkəti olmuşdur. Sonralar Adobe Systems şirkəti bu işə qoşulmuşdur. Ona görə də internet istifadəçilərinin bir çoxu bu proqramı məhz Adobe Flash kimi tanıyırlar.

Adobe Flash texnologiyası multimedia kontenti yaratmağa imkan verir ki, bu da özündə səsi, mətni, görüntünü və müxtəlif animasiya effektlərini birləşdirir. Bir sıra xüsusi proqramlar vardır ki, onlar reklam banneri, təqdimatlar, oyunlar, animasiya filmləri və sair yaratmağa şərait yaradır. Bütün bu dediklərimin hamısını internet səhifəsində yerləşdirmək olar. Hansı ki, internet istifadəçilərinin bir çoxu hal-hazırda internet səhifəsində olan musiqilərə, videolara baxa bilir. Online oyunları internet səhifəsi üzərindən oynaya bilirlər.

Flash (Adobe Flash) nədir?

Çünki, istənilən kompüterdəki məlumat özündə müəyyən formatlı faylı daşıyır. Bu yanaşma fləş texnologiyasına da aiddir.

Flash (Adobe Flash) nədir?,Fləş nədir
FLV format

Fləş texnologiyası üçün nəzərdə tutulmuş faylın tipi ( genişlənməsi) *.swf-dir. Əgər bu texnologiya vasitəsilə video yığılıbsa, onda bu cür faylların  tipi ya *.FlV, ya da *.F4V –dir.

Flash (Adobe Flash) nədir?,Fləş nədir
F4V format

Güman etmək olar ki, əgər faylda məlumat varsa, onda həmin faylı açmağa imkan verən proqram olmalıdır. Həqiqətən, fleş-kontentin canlandırmaq üçün nəzərdə tutulan kifayət qədər çoxlu fleş-pleyerlər- xüsusi proqramlar mövcuddur. Qeyd etdiyim kimi fleş-pleyerlər- xüsusi proqramların  sayı çox olsa da onlar içərisində ən geniş yayılmışı fləş texnologiyasının istehsalçısı tərəfindən təklif olunan Adobe Flash Player – dir. Adobe Flash Player vasitəsilə animasiya, videolara baxmaq olar. Müxtəlif fleş-əlavəsini isə səyyah da açılan  veb səhifə üzərindən buraxmaq mümkündür.

Belə ki, biz internetdə gəzişərkən hər addımda fləş kontenti ilə rastlaşırıq. Bu o deməkdir ki, internetə qoşulan hər kompüter də fləş pleyer proqramı olmalıdır. Əgər bu proqram olmazsa, onda veb səhifə üzərində göstərilən fləş kontentli məlumata baxa bilməyəcəyik.

Statistik məlumatlara əsasən onu demək olar ki, bu gün 98% kompüterlərdə bu proqram artıq mövcuddur. Bəzi istifadəçilərin heç bundan xəbəri

Flash (Adobe Flash) nədir?,Fləş nədir
Small Web Format

belə yoxdur. Hətta bir sıra  səyyahları xüsəsən Google Chrome səyyahını kompüterə quraşdırarkən bu proqram yəni, Adobe Flash Player plagini avtomatik olaraq onun üzərində gəlir.

Flash texnologiyası bizə çoxlu imkanlar versə də, lakin o, qüsurlardan məhrum deyil. Yəni bu proqramın da kifayət qədər çoxlu qüsurlu cəhətləri vardır. Bunlar aşağıdakılardır.

Birincisi— fləş kontentli məlumat kompüterin mərkəzi prosessorunu nəzərə çarpacaq dərəcədə kifayət qədər yükləyir. Bu da sonda  konfiqurasiyası köhnə olan kompüterlərdə məlumata və ya videoya baxarkən donmaya, tutulmaya səbəb olur.

İkincisi  bu texnologiyada tez-tez baş verən səhvlər bütövlükdə fləş kontentli məlumatın düzgün əks olunmamasına səbəb olur. Əgər səyyah üzərində bu fləş əlavəsi quraşdırılıbsa, onda baş verən səhv birbaşa səyyahın işləmə qabiliyyətinə mənfi təsir edir. Heç nədən səyyahın işi pozulur və fləş əlavəsi ümumiyyətlə işləmir. Beləliklə səyyahda açılan bütün səhifələr donur. Nəticədə səyyah bağlanır.

Üçüncüsü fləş texnologiyasının geniş yayılması və bu cür səhvlərlə işləməsi hiper cinayətkarları özünə cəlb edir. Bu səhvlərdən istifadə edən hiper cinayətkarlar bu texnologiyanın səhvinin köməyi ilə öz çirkin niyyətlərini həyata keçirə bilirlər. Bu səhvlər onlara imkan verir ki, digər istifadəçilərin mikrofon və kamerasına nəzarət edə bilsinlər. Amma onu demək lazımdır ki, bu cür halların qarşısı artıq Adobe Flash  Player proqramını istehsal edən şirkət tərəfindən alınır. Vaxtaşırı çıxan proqram üçün nəzərdə tutulan yenilənmələrin köməyi ilə bu səhvlər aradan qaldırılır.

Sonda bir müəllif kimi məsləhət görərdim ki, əgər kompüterinizdə Adobe Flash  Player proqramının yenilənməsi  ilə bağlı pəncərə çıxırsa, onda sadəcə bu pəncərədəki təlimat ilə razılaşıb onu kompüterinizə yükləyəsiniz. Əgər bu belə olsa, onda siz proqramın yenilənmiş versiyasını öz kompüterinizə quraşdırmış olarsınız.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий