Ana səhifə / Elektron dərsliklər / Virtual yaddaş nədir?

Virtual yaddaş nədir?

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Kompüterin operativ yaddaşı nə qədər məhdud olsa da onun yaddaşı tam “tükənə bilməz”. Operativ yaddaş çatışmadıqda Windows oradakı informasiyanın bir hissəsini sərt diskdə virtual yaddaş deyilən yerə köçürür.

Virtual yaddaş nədir?

Virtual yaddaş nədir?

Windows əməliyyat sistemi həm operativ yaddaşı, həm də sərt diskləri idarə etdiyindən o, bu əməliyyatlara nəzarət edir və zərurət yarandıqda verilənlərin bir hissəsinin yerini dəyişir. Virtual yaddaşla bağlı yeganə problem ondan ibarətdir ki, verilənlərin mübadiləsi kompüterin işini gecikdirir. Çox zaman siz operativ yaddaş çatışmazlığını hiss etmirsiniz, ancaq virtual yaddaş işə düşdükdə bütün proseslər əhəmiyyətli dərəcədə yavaşıyır.
Virtual yaddaşla işləməkdən qaçmaq istəyirsinizsə, kompüterin operativ yaddaşını yetərincə artırın.
Virtual yaddaşın idarə olunması System Properties [свойства системы] dialoq boksunun köməyi ilə aparılır. Onun simgəsini Control Panel [панель управления] pəncərəsində tapıb,qoşa çıqqıldadın. Açılan pəncərədə advanced [дополнительно] səhifəsinə keçin. Performance [быстродействие] bölümündəki Settings [параметры] düyməsini çıqqıldadın. Açılan dialoq boksunda yenə də Advanced [дополнительно] səhifəsinə keçin və pəncərənin aşağısındakı Change [Изменить] düyməsini çıqqıldadın. Axır ki, virtual Memory [виртуальная память] dialoq boksuna gəlib çatdınız! Cari parametrləri dəyişə bilərsiniz, ancaq elə bir problem yoxdursa, onlara toxunmasanız yaxşıdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий