Ana səhifə / Elektron dərsliklər / Reg faylı nədir?

Reg faylı nədir?

Paylaşmaq!

Əziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri.Növbəti dərsimdə sizi salamlayıram. Bu günki dərsimiz Reg faylı nədir? mövzusuna həsr olunacaq. Reg uzantısına məxsus olan fayl xidməti fayl sayılır.Windows reestrində dəyişiklik aparmaq üçün istifadə olunur. Məsələn sistemin reestrinin ehtiyat nüsxəsinin çıxarılması zamanı bütün verilənlər bazası reg genişlənməsinə məxsus olan  fayla export (ixrac) olunur.

Reg faylı nədir?

Mahiyyətinə görə bu, adi mətn faylıdır. Onların içindəkilərinə istənilən mətn redaktoru, məsələn, standart Bloknot proqramı ilə baxmaq olar. Nəzəri olaraq belə faylı əl ilə yaratmaq mümkündür. Yəni onun içindəkilərini özümüzdə yaza bilərik. Lakin bu çox nadir hallarda görünür.Bunu yeni başlayan istifadəçilərinin yerinə yetirməsi tövsiyyə olunmur.

Reg genişlənmə tipinə məxsus olan fayla baxmaq üçün onun üzərində siçanın sağ düyməsi sıxılır. Açılan kontekst menyudan «Изменить-Dəyişmək» sətri seçilir.

Reg faylı nədir?

Nəticədə Bloknot faylı açılacaq və biz reg faylının daxilindəkiləri görəcəyik.

Reg faylı nədir?

Lakin burada bir məsələni nəzərə almaq lazımdır ki,əgər siz müstəqil olaraq reestrin ehtiyat nüsxəsini ixrac(export) etmisinizsə,onda mövcud reg faylının həcmi kifayət qədər böyük ola bilər.

Məsələn mənim nümunəmdə ixrac etdiyim reg faylının həcmi 104 Mb-dır.Belə faylın açılması zamanı kifayət qədər vaxt sərf oluna bilər.Tövsiyyə edərdim ki,reestrin hansı bölməsində redaktə işi aparmaq istəyirsinizsə, onda həmin bölmənin ehtiyat nüsxəsini ixrac(export) edin.Bu zaman məlumatların reg genişlənməsinə məxsus olan fayla ixrac olunması sürətli gedəcək.Eləcədə reestrin bərpası zamanı bir o qədər vaxt almayacaq.

Reg genişlənməsinə məxsus olan fayldakı məlumatın reestrə yenidən əlavə olunması üçün sadəcə onun üzərində siçanın sol düyməsi iki dəfə sıxılır.Açılan xəbərdarlıq pəncərəsində təsdiq üçün bəli düyməsi sıxılır.

Reg faylı nədir?

Məlumat üçün bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki,əgər reestrin ehtiyat nüsxəsnin çıxarıldığı reg genişlənməsinə məxsus olan  faylı sizin tərəfindən yaradılmayıbsa,onda oradakı məlumatı bir başa kompüterə yazmayın.Çünki bu bır sıra problemlərə səbəb ola bilər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий