RGB modelində xüsusi rənglərin formalaşdırılması bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
RGB modelində xüsusi rənglərin formalaşdırılması
Qrafik redaktorların əksəriyyətində istifadəçi redaktorun təklif etdiyi palitraya əlavə olaraq qırmızı, yaşıl və göy rənglərdən istifadə etməklə özünə lazım olan xüsüsi rəngləri yarada bilər. Adətən qrafik redaktorlar lazım olan rəngi qırmızı, yaşıl və göy rəngin hər birinin 256 çaları ilə yaradır. Bu halda formalaşdırıla bilən rənglərin ümumi sayı 256x256x256 = 16 777 216 — ya bərabər olacaqdır. Müxtəlif redaktorlarda xüsusi rəngləri formalaşdırmaq üçün istifadə edilən dialoq pəncərələrinin quruluşu fərqli olur .
Deməli, istifadəçi həm qrafik redaktorun təklif etdiyi palitrada olan hazır rənglərdən, həm də dialoq pəncərəsindəki R, G, B ilə işarə edilən daxiletmə sahələrinə qırmızı, yaşıl və göy rəng üçün parlaqlığin uyğun qiymətlərini daxil etməklə alınan xüsusi çalarlardan istifadə edə bilər. R, G və B parametrləri üçün 0-dan 255-ə qədər diapazonunda olan qiymətlərdən istifadə edilir. Bu qayda ilə yaranan rəngdən həm yeni obyektlərin yaradılması, həm də təsvirlərin fraqmentlərinin rənglənməsi üçün istifadə edilə bilər.
CorelDRAW proqramında RGB rəng modeli necə verilir?
CorelDRAW proqramında RGB rəng modeli əlavə olaraq üçölçülü koordinat sistemi ilə verilir.
Bu sistemdə sıfır nöqtəsi qara rəngə, koordinat oxları isə əsas rənglərə uyğundur. Üç koordinatin hər birinin qiyməti yekun çalarda əsas rənglərin qiymətini göstərir.
Adobe Photoshop proqramında RGB rəng modeli necə verilir?
Koordinat sistemi üzrə sürüngəcin yerinin dəyişdirilməsi daxiletmə sahələrindəki qiymətlərə və əksinə təsir göstərir.
Koordinat sisteminin başlanğıcı ilə bütün təşkiledicilərin maksimal parlaqlıq səviyyəsi yerləşən nöqtəni birləşdirən diaqonalda ağ rəngdən qara rəngə qədər olan boz rəngin çalarları yerləşir. Boz rəng çalarları üç təşkiledicinin hamısının parlaqlıq səviyyələrinin eyni qiymətlərində alınır.
Beləliklə biz RGB modelində xüsusi rənglərin formalaşdırılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır